İdman

Azərbaycan millisi ilə bağlı qərar dəyişdi

24 Yanvar 2015 16:14
0 Şərh     Baxış: 1 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avro-2016"nın seçmə mərhələsində martın 28-də Azərbaycan və Malta milli komandaları arasında qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə xəbəri AFFA-nın rəsmi saytı yayıb.

Qeyd edək ki, bu oyunun əvvəlcə "Bakcell Arena"da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin eyni gündə Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund qarşılaşmaları da keçiriləcəyi nəzərə alınaraq, AFFA millinin oyununun digər stadionda təşkili ilə bağlı UEFA-ya müraciət ünvanlayıb. Artıq Avropa futbol qurumu bu müraciəti müsbət cavablandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.