İdman

O "Real Madrid"də qalacaq

19 Dekabr 2014 20:15
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Real Madrid"in meksikalı forvardı Xavier Hernandezin (Çiçarito) agenti "AS" qəzetinə açıqlama verərək bir sıra məsələlərə aydınlıq gətirib. O, "Real"a icarə əsasında cəlb olunan 26 yaşlı Hernandezin yanvarda komandadan getməyəcəyini söyləyib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçunun agenti məsələ ilə bağlı "Kral klubu"nun nümayəndələri ilə görüşdüyünü də qeyd edib.

"Bəzən media çox şübhələr yaradır və vəziyyəti qəlizləşdirir. Bir neçə gün öncə Xavier və "Real Madrid"in direktorları ilə birlikdə idim. Çiçarito yanvarda klubu tərk etməyəcək. O, meydanda daha çox görünmək istəyir. Amma Xavier anlayır ki, gərgin məşqlər ona böyük imkanlar aça bilər. Gələcəyi futbolçunun öz əlindədir. "Real Madrid" müqavilədə transferlə bağlı maddənin müddəasından istifadə etməsə, Hernandez mövsümün sonu "Real"dan gedəcək. Onun gələcək taleyinə aydınlıq gətirmək üçün "Mançester Yunayted"in də idarə heyəti ilə görüşmüşük. Madrid təmsilçisində güclü futbolçular çox olduğundan əsas heyətdə möhkəmlənmək çətindir. Amma Xavier səviyyəli hücumçudur və əvvəlki kimi səylə çalışmağa davam edəcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.