İdman

La Liqada mövsümün ilk baş məşqçi dəyişikliyi

21 Oktyabr 2014 09:53
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasının 8-ci turunda öz meydanında "Malaqa"ya 1:2 hesabı ilə uduzan "Kordoba" klubunun baş məşqçisi Albert Ferrer istefaya göndərilib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna komandanın uğursuz çıxışı səbəb olub.

Komandanın keçirdiyi 8 oyundan sonra 4 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşması rəhbərliyi narazı salıb. Bu səbəbdən Ferrerlə yollar ayrılıb. Artıq La Liqa təmsilçisinin yeni baş məşqçisi də müəyyənləşib. "Kordoba"nı bundan sonra Miroslav Cukiç çalışdıracaq. Daha öncə La Liqada "Herkules", "Real Valyadolid" və "Valensiya" klublarını çalışdıran 48 yaşlı serbiyalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
 

Qeyd edək ki, "Kordoba" bu mövsüm La Liqada baş məşqçisini istefaya yollayan ilk komanda olub.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.