İdman

Musa Pənahov: "Nəqliyyat infrastrukturu ilk Avropa Oyunlarınadək vaxtında hazır olacaq"

17 Sentyabr 2014 14:42
0 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Bakı 2015" I Avropa Oyunlarının başlamasınadək nəqliyyat sektorunda həlli nəzərdə tutulan məsələlər müəyyən edilmiş vaxtda həll olunacaq". Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
 

Onun sözlərinə əsasən, bu idman yarışı çərçivəsində görülməsi nəzərdə tutulan iş proqramı böyükdür və geniş spektri əhatə edir. Belə ki, proqram çərçivəsində işlər yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasını, idman obyektləri zonasında parkinqlərin yaradılmasını, həmin zonalarda ictimai nəqliyyatın təminatı məsələlərinin həll edilməsini, paytaxtın ətraf ərazilərində regionlardan gələn avtomobillər üçün nəzərdə tutulmuş parkinqlərin yaradılmasını və bir sıra başqa məsələləri əhatə edir.
 

Qeyd ediək ki, Bakıda I Avropa Oyunları gələn il iyunun 12-28-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.