İdman

Foqts: "Mən Almaniyanın himnini oxumamışam, pis insanam?"

21 Avqust 2014 11:26
0 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts dünən Bakıda keçirilmiş Özbəkistanla yoxlama oyununu şərh edib. Milli.Az  azerisport.az-a istinadən xəbər verir ki, o, komandamızın 0:0 hesablı heç-heçəyə razılaşdığı qarşılaşmadan sonra bunları söyləyib:


- Oyundan narazıyam. Rəqib fiziki baxımdan bizdən daha yaxşı təsir bağışladı. Bizim futbolçular isə yorğun görünürdülər. Halbuki, mövsüm yeni başlayıb. Çoxlu səhvlər gördük. Bunların üzərində çalışmağımız lazımdır. Qol vəziyyətlərimiz də oldu. Onların bəzisi xoşuma gəldi. Amma qol olmadı.


- Narazı qaldığınız futbolçular var?


- Qol vəziyyətlərinin yaradılmasından razı qalsam da, oyunçulardan narazı qaldım.


- İlk hissədə Nazarov çoxlu səhvlərə yol verirdi...


- Bizim qarşıda daha bir yoxlama oyunumuz var - Rusiya ilə görüş. Oyunçuları həmin qarşılaşmada da sınayacam. Futbolçuları mətbuat vasitəsilə tənqid etməyəcəm. Kimə nə sözüm varsa, özünə deyəcəm. Nazarova 90 dəqiqə oynamaq şansı yaratdım. Çünki nəyə qadir olduğunu görmək istəyirdim. Üç məşqə çıxmışdı. Oyun zamanı ötürmələrdə necə təsir bağışladığını da öyrənmək istədim. Son ötürmələr onda alınmır.


- Milliyə 11 milliləşdirilmiş futbolçu çağırmısız. Amma bu komanda Özbəkistanın ikinci heyəti ilə bacarmır...


- Hədəfim güclü komanda yaratmaqdır, kiməsə nəsə göstərmək yox. Milliləşdirilmiş futbolçular barədə müzakirələr artıqdır. Hamısı Azərbaycan yığmasının üzvüdür. Sizi başa düşürəm, amma mənə hər kəsin necə oynadığını bilmək lazımdır.


- Rusiya ilə oyunda da bu futbolçuları sınayacaqsız, yoxsa "Qarabağ"la "Neftçi"nin də futbolçularından yararlanacaqsız?


- İndi yığmaya çağırmadığım futbolçulara da dəvət göndərəcəm. Amma əsas heyətin necə olacağını indidən deyə bilmərəm. "Qarabağ"la "Neftçi"nin futbolçuları avrokuboklarda yaxşı təcrübə toplamış olacaqlar. İndiki futbolçulara isə təcrübə lazımdır. Bu gün "Qarabağ"la "Neftçi"nin futbolçularının yoxluğunu hiss etmədim.


- Kiyan Sultanpur niyə oynamadı?


- Bildiyiniz kimi, yoxlama oyunları zamanı 6 əvəzetmə etmək olar. Emin Nurini zədə səbəbindən məcburi əvəzləməli oldum. Ona görə əlavə dəyişiklik şansımız qalmadı.


- Start heyətdəki 11 futbolçudan yalnız dördü himnimizi oxudu. Qalan 7 futbolçu bu yığmaya nə qazandıracaq ki?


- Mən Almaniya yığmasında oynadığım zaman heç vaxt himni oxumurdum. Hər kəs himni oxuyub-oxumamağa özü qərar verir. Almaniya çempion olanda da beş futbolçu himni oxumurdu. Bu, o deməkdir ki, mən pis insanam?

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.