İdman

Baçana Sxadadze: "Komandanı gücləndirmək yaxşı olardı"

20 Avqust 2014 11:32
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter"in futbolçusu Baçana Sxadadze klubun rəsmi saytına müsahibə verib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gürcüstanlı hücumçu Topaz Premyer Liqasının II turunun "Qarabağ"la oyunu barədə danışıb və mövsümün startı barədə fikirlərini bölüşüb.


- "Qarabağ"la oyun kifayət qədər gərgin alındı, amma hiss edilirdi ki, komandalara isti hava şəraiti mane olur...


- Matçın 0:0 hesabıyla başa çatmasına baxmayaraq hər iki komandanın fərqlənmək imkanları oldu. Bununla belə, heç-heçə hesabın məntiqi nəticə olması barədə deyilənlərlə də razılaşıram. İsti hava futbolçulara da təsir edirdi, axı qızmar Günəş şüaları altında oynamaq çətindir. Bu vəziyyət komandalara özünü 100 faiz göstərmək imkanı vermədi.


- "İnter" ilk iki turda 4 xal topladı və bu nəticəylə komanda turnir cədvəlində yüksək yerdədir. Mövsümün əvvəlini "İnter" üçün necə qiymətləndirirsiniz?


- Ötən mövsümün əvvəlində etdiyimiz çıxışı xatırlasaq, o zaman indiki çıxışımızı uğurlu hesab etmək olar. Düşünürəm ki, ilk turda 4 xal kifayət qədər normal nəticədir. Əsas xal toplamağı davam etdirməkdir, axı mövsümün sonunda hər xal qızıl ola bilər.


- "İnter" kifayət qədər çox qol vurur, halbuki komandada yeganə nominal hücumçu sizsiniz. Fikrinizcə, komandanın hücum xəttində güclənməsinə ehtiyac var?


- Bu suala cavab vermək mənim səlahiyyətimə uyğun deyil, amma mənim subyektiv fikrimi bilmək istəyirsinizsə, o zaman deyə bilərəm ki, komandanı gücləndirmək yaxşı olardı. Yaxşı futbolçularla güclənmək həmişə komanda üçün faydalıdır.


- Növbəti tur "İnter" kifayət qədər gözlənilmədən turnir cədvəlinin 1-ci pilləsində qərarlaşan "Sumqayıt"la qarşılaşacaq. Həmin görüş haqqında nə düşünürsünüz?


- Bu rəqibə qarşı çox ciddi şəkildə hazırlaşmaq lazımdır. "Sumqayıt"ın heyətində bir sıra təcrübəli oyunçularla bərabər, gənc futbolçular çıxış edirlər. Onların "Xəzər-Lənkəran"la oyunları göstərdi ki, "Sumqayıt" asanlıqla məğlub ediləsi komanda deyil. Bu komandanı qiymətləndirməmək olmaz. Bəli, bizim ambisiyalarımız var və qələbəyə nail olmaq üçün özümüzü göstərməyə çalışacağıq.


- Növbəti ayda Avro-2016 turnirində təsnifat mərhələsi başlayır. Son zamanlar sizi tez-tez Gürcüstan millisinə dəvət edirlər. Yəqin, bu dəfə də sizi çağıracaqlarını gözləyirsiniz?


- Milli komandanın məşqçilər heyətinin diqqətini cəlb etmək üçün optimal formada olmağa çalışacağam. Bunun üçün mənə "İnter"ə kömək etmək və çempionatda keçirilən oyunlarda özümü göstərmək lazımdır. Əlbəttə, bütün futbolçular kimi, milli komandaya dəvəti gözləyəcəyəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.