İdman

UEFA "Qarabağ"ı günün qəhrəmanı saydı - YENİLƏNİB - FOTO

31 İyul 2014 11:55
0 Şərh     Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:10

Azərbaycan çempionu "Qarabağ"ın "Zalsburq" (Avstriya) üzərində qələbəsi UEFA-nın da diqqətindən yayınmayıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qurumun rəsmi internet saytı təmsilçimizi günün qəhrəmanı elan edib.
  

Belə ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları ilə bağlı qısa şərh hazırlayan UEFA ağdamlıların qələbəsini önə çəkib: "Qarabağ" və AEL III təsnifat mərhələsinin ilk oyunlarında sürpriz edən komandalar oldu. Onlardan başqa, "Lill", "Beşiktaş" və "Legiya" da qələbələri ilə diqqət çəkdi".

Qeyd edək ki, "Qarabağ" Avstriya çempionunu 2:1, Kipr AEL-i Rusiya "Zenit"ini 1:0 hesabı ilə məğlub etməklə sürprizə imza atıb.
  

Polşa "Legiya"sı Şotlandiya "Seltik"ini 4:1, Fransa "Lill"i İsveçrə "Qrasshoppers"ini 2:0, Türkiyə "Beşiktaş"ı isə Hollandiya "Feyenoord"unu 2:1 hesabı ilə məğlub edib. Sonuncu iki komanda səfərdə qalib gəlib.

Milli.Az

---------
11:55

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.