Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Neftçi"nin qonağı olacaq "Çixura" klubunun baş məşqçisi Samson Pruidze Gürcüstan mətbuatına müsahibə verib.
Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının istənilən rəqibi məğlub edə biləcəyini deyib:
- Azərbaycana nə vaxt yola düşürsünüz?
- Sabah səhər saatlarında Azərbaycana gedəcəyik. Otelin yaxınlığındakı stadionda məşq edəcəyik.
- Zədəsi ilə bağlı sizi narahat edən futbolçular varmı?
- Qiqa Beçvaya böyük ehtimal oynaya bilməyəcək. Həmçinin David Odikadzenin də kiçik zədəsi var.
- "Neftçi"nin "Koper"lə oyunlarını (1:2, 2:0) izlədikdən sonra hansı nəticəyə gəldiniz?
- "Neftçi" yaxşı komandadır. Biz bunu onlarla keçirdiyimiz yoxlama görüşlərində anladıq. Ancaq bakılıların bütün gücünü nümayiş etdirmədiklərinə əminəm.
- Yəqin ki, "Neftçi" ilə oyun, "Bursaspor" matçından fərqli olacaq...
- Əlbəttə. "Koper"lə ilk oyunda "Neftçi"nin bəxti gətirmədi. Rəqib 2-3 qol epizodu yaratdı və iki qol vurdu. Ancaq Sloveniyada "Neftçi" yüksək səviyyədə çıxış etdi. Bəli, rəqib 10 nəfərlə qaldı. Ancaq buna qədər Azərbaycan klubu hesabı açmışdı. Bizim əsas məqsədimiz ilk oyunda üstünlük qazanmaqdır.
- Mərhələ keçmək şanslarını necə dəyərləndirirsiniz?
- "Neftçi" "Bursaspor" deyil. Onların yaxşı futbolçuları var. Komandaların büdcəsi isə müqayisə olunmazdır. Lakin "Bursaspor"u keçməklə sübut etdik ki, istənilən rəqibi məğlub edə bilərik.
Milli.Az
İdman
"Çixura"nın baş məşqçisi: ""Neftçi"ni məğlub edə bilərik"
29 İyul 2014 16:58
1 Şərh
Baxış: 607
DİGƏR XƏBƏRLƏR
- “Qalatasaray” derbidə “Fənərbaxça”ya uduzub
- İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
- Çempiondan darmadağın - VİDEO
- Futbol mövsümünün parlayan, yeni kəşf olunan ulduzları - ARAŞDIRMA
- Avropa Media Kuboku: Azərbaycan millisi finala yüksəlib
- Mahir Emrelidən geridönüşü ilə bağlı PAYLAŞIM
XƏBƏR LENTİ
- FHN İrana yardıma hazırdır: 40 xilasedici və 2 helikopter...
- Putin əmr verdi: Təbrizə böyük qrup yola düşür
- Bu yağlar qanı laxtalandırır
- Helikopter qəzası: Axtarış aparılan əraziyə qar yağır - VİDEO
- İranda helikopterin axtarışında “Akıncı” PUA-ları iştirak edir - Türkiyə Milli Müdafiə Nazirliyi
- Rusiyadan İrana: Xilasedici göndərməyə hazırıq!
- Moskvada inzibati bina yanır: 1200 kv.m sahə…
- Mayın ikinci yarısı ilə bağlı BÜRCLƏRƏ XƏBƏRDARLIQ
- Keşiş Baqrat “çıxdığı yerə” – Kirantsa qayıdası oldu
- Helikopterin qəzaya uğradığı yerin FOTOsu
- Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM
- SEPAH baş komandanı qəza yerinə gəldi
- Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
- Günün qoroskopu: Evdə qalın, kiçik ev işləri ilə məşğul olun
- Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
- Qəzaya uğrayan helikopterin dəqiq yeri müəyyən edildi
- İran Prezidentinin helikopteri qəza etdi: Rəisidən hələ də xəbər yoxdur - YENİLƏNİB - VİDEO - FOTO
- Qısa müddətdə hazırlanan ən dadlı şokoladlı peçenye: Evdar qadınların SİRRİ
- İran xalqı Rəisi üçün bu cür dua edir - VİDEO - FOTOlar
- Rəisinin helikopterini axtaranların sayı artırıldı
- Rəisinin düşdüyü qəza: 3 helikopterdən digər ikisi…
- Bakıda dava edən qonşuları ayıran qadına görün nə etdilər
- Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
- Moskva Tehrana çağırış etdi