İdman

İki idmançımız qızıl medal qazandı

28 İyul 2014 09:15
0 Şərh     Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Sərhədçi" Olimpiya İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçirilib. İkinci yarış günündə qadın güləşi üzrə bütün çəkilərdə qaliblər müəyyənləşib.

Milli.Az AGF-ə istinadən bildirir ki, güləşçilərimiz ikinci yarış günündə 2 qızıl medal qazanıblar. Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (60 kq) bütün rəqiblərindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Məlumat üçün bildirək ki, turnirin qalib və mükafatçılarına diplom, medal və pul mükafatı ilə yanaşı, xüsusi olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turniri üçün İsveçrənin Breitling firması tərəfindən hazırlanmış məhdud sayda qol saatı və xatirə döş nişanı hədiyyə edilir.

48 kq
1/8 final - Mariya Stadnik - Jessika Blazska (NED) 9:0
1/4 final - Elena Vostrikova (RUS) - Kəmalə Əliyeva 8:4
1/4 final - Tatyana Baratyuk (KAZ) - Mariya Stadnik 0:11
1/2 final - Mariya Stadnik - Yuki İrie (JPN) 12:1
FİNAL - Elena Vostrikova (RUS) - Mariya Stadnik 0:6
Bürünc medal görüşü - Kəmalə Əliyeva - Narangerel Erdenesux (MGL) 0:10

53 kq
1/4 final - Maria Prevolaraki (GRE) - Patimat Baqomedova 5:2 (güləşçimiz zədələndiyindən görüşü davam etdirə bilməyib)
1/4 final - Julduz Eşimova (KAZ) - Anjela Doroqan 1*:1
Bürünc medal görüşü - Patimat Baqomedova - Julduz Eşimova (KAZ) 0:3

58 kq
1/8 final - İrina Netreba - Syaulim Kasimova (KAZ) 10:0
1/4 final - İrina Netreba - Ganna Vasilenko (UKR) 0:8
Təsəlliverici görüş - Karima Sançez (ESP) - İrina Netreba 2:8
Bürünc medal görüşü - İrina Netreba - Emese Barka (HUN) 5:8

60 kq
1/4 final - Yuliya Ratkeviç - Anna Maksimova (RUS) 8:2
1/2 final - Petra Olli (FİN) - Yuliya Ratkeviç 0:6
FİNAL - Yuliya Ratkeviç - Katsuki Sakagami (JPN) 9:5

63 kq
1/4 final - İrina Boqdanova (RUS) - Gözəl Zutova 10:4

69 kq
1/8 final - Nadya Sementsova - Randi Miller (USA) 1:7

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.