İdman

Çempionlar Liqası: "Barsa" madridlilərə, "Qırmızı Şeytanlar" almanlara qarşı

9 Aprel 2014 11:16
9 Şərh     Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gecə Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulacaq

Qol.Az-ın məlumatına görə, son oyun günündə daha iki qarşılaşma baş tutacaq.

"Land of fire Azerbaijan" formalı "Atletiko" digər İspaniya təmçilçisi "Barselona"nı qəbul edəcək. Komandalar arasında ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından komandaların mərhələni adlamaq şansları bərabər hesab olunur.

Digər oyunda "Mançester Yunayted" səfərdə "Bavariya"nın qonağı olacaq. Bu komandaların da ilk oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

9 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) (İlk oyun - 1:1)

23:45. "Bavariya" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) (İlk oyun - 1:1)

8 aprel

"Çelsi" (İngiltərə) - PSJ (Fransa) (İlk oyun - 1:3) - 2:0

Qollar: Şürle, 32 (1:0), Demba Ba, 87 (2:0)

"Borussiya" (Dortmund, Almaniya) - "Real" (Madrid, İspaniya) (İlk oyun - 0:3) - 2:0
Qollar: Reus, 25 (1:0), 37 (2:0)

Matçın 17-ci dəqiqəsində "Borussiya"nın qapısına təyin edilən penalti zərbəsini Di Maria dəyərləndirə bilməyib. Onun zərbəsini qapıçı Vaydenfeller zərərsizləşdirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.