İdman

Ronaldu sevərlər üçün gül kimi xəbər

8 Aprel 2014 10:51
0 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ronaldudan şad xəbər

La Liqada "Real Sosyedad"la matçda oynaya bilməyən "Real"ın futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının 1/4 finalında "Borussiya" ilə cavab qarşılaşmasında meydanda olacaq.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu Dortmund təmsilçisi ilə matç üçün komandanın məşqində yer alıb.

Baş məşqçi Karlo Ançelotti sözügedən qarşılaşma üçün aşağıdakı adları qeyd olunan futbolçuları heyətə daxil edib.

Qapıçılar: Kasilyas, Dieqo Lopez, Xesus

Müdafiəçilər: Varan, Pepe, Ramos, Koentrau, Karvaxal, Naço

Yarımmüdafiəçilər: Qaret Bey, Anxel di Mariya, Xabi Alonso, Kasemiro, Modriç, İsko, İlyaramendi, Rodriqes

Hücumçular: Morata, Benzema, Kriştianu Ronaldu.

Qeyd edək ki, "Borussiya" - "Real" matçı bu gün baş tutacaq. Bu komandalar arasında ilk görüş Madrid klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Həmin qarşılaşmada Kriştianu Ronaldu zədələnmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.