İdman

"Çelsi"nin yeni forması təqdim olundu - VİDEO - FOTO

4 Aprel 2014 16:57
1 Şərh     Baxış: 1 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İngiltərənin "Çelsi" klubu yeni mövsüm üçün yeni formasını təqdim edib.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, formanın istehsalçısı "Adidas" şirkətidir.
 

Ötən il "Çelsi" formasının reklam kampaniyası "It's blue - what else matters?" adlanırdısa, builki kampaniya "Forever Blue" adlanır.

Yeni formanın reklam kampaniyasında "Çelsi"nin 5 ulduzu - qapıçı Peter Çex, müdafiəçi Qari Kehill, yarımmüdafiəçilər Eden Azar və Oskar, forvard Fernando Torres seçiliblər.
 

Formanın təqdimatından əvvəl "Adidas" bu futbolçuların karyeralarındakı ən yaxşı anları bir daha xatırladıb.

Formanın videoreklamını səsləndirən şəxs isə "Çelsi"nin baş məşqçisi Joze Mourinyodur.
 

Milli.Az 


Böyütmək üçün şəkillərə klikləyin.





Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.