AzərTAc xəbər verir ki, Böyük Britaniyanın Oxfam humanitar təşkilatının maliyyə dəstəyi ilə nəşr olunan "Fövqəladə hallarda davranış qaydaları" kitabında təbii xarakterli fövqəladə hallar şəraitində əhalinin davranış qaydaları müəyyən edilmiş, dəyərli məsləhət və tövsiyələr verilmişdir.
Respublikamızın bütövlükdə ərazisi fəal seysmik zonada yerləşdiyindən, burada da hər an belə təhlükənin baş verməsi ehtimalı vardır.
Bəs, zəlzələ baş verərsə, insanlar nə etməli, nəyi bilməlidirlər? Əsası odur ki, zəlzələ olduğu təqdirdə hamı adi təhlükəsizlik qaydalarına riayət etməlidir.
Zəlzələlərin tarixi və təhlili sübut edir ki, bu təbiət hadisəsindən qorunmağın əsas yolu adamların fəlakət baş verdiyi anda özlərini itirməməsidir.
Yadda saxlamaq lazımdır ki, ilk təkanları hiss edən kimi heç bir vahiməyə düşmədən, səs-küy və qışqırtı salmadan, səbr və təmkinlə hərəkət etməklə, həm özünüzə, həm də ailə üzvlərinizə bir o qədər kömək göstərə bilərsiniz.
Yeraltı təkanları hiss edən kimi dərhal mənzilin və otağın qapısını açın. Zəlzələ nəticəsində divarların əyilməsindən və bütövlükdə binanın deformasiyasından giriş qapıları əksər halda pərçimlənir ki, bu da sonradan onu açıb otaqdan rahat çıxmağa imkan vermir. Sakitcə gözləyin, başqalarını qorxuya sala biləcək hərəkətlərə yol verməyin. Zəlzələ zamanı əksər bədbəxt hadisələr ondan yaranır ki, adamlar tələsik otaqdan və ya binadan çıxmağa və yaxud küçədədirlərsə, evə daxil olmağa çalışırlar. Bəziləri isə hətta yuxarı mərtəbələrin pəncərələrindən tullanırlar ki, bu da çox vaxt bədbəxt hadisələrlə nəticələnir. Əgər otaqdasınızsa, təcili olaraq təhlükəsiz yerə keçin. Masanın və ya çarpayının altına girin. Daxili qapı boşluğunda və ya otağın əsas divarına yaxın olan daxili küncündə durun. Yadda saxlayın ki, ən çox binanın xarici divarları uçur. Ona görə də, heç vaxt otağın xarici divarına yaxın yerdə, xüsusilə də otağın və ya zalın ortasında durmayın. Pəncərələrdən, yerindən tərpənən və yıxıla bilən ağır əşyalardan, məsələn soyuducudan, mebeldən və s. uzaq dayanın.
Qaçaraq binadan çıxmayın. Yuxarıdan divar boyu düşən qırıntılar çox təhlükəli olur.
Əgər siz çox da hündür olmayan binanın içindəsinizsə, yaxşı olar ki, oranı tərk edəsiniz. Yuxarıdan düşən daş parçalarından və şüşə qırıntılarından özünüzü qorumaq şərtilə binadan bacardıqca tez və ehtiyatla çıxın. Çoxmərtəbəli binanın içərisindəsinizsə, onda ən yaxşısı elə oradaca qalmaqdır. Pilləkənə çıxmağa və liftə minməyə tələsməyin. Birincisi, əksər hallarda ola bilsin ki, lift işləməsin, ikincisi, pilləkəndə basabas yaransın. Bundan başqa unutmayın ki, zəlzələ vaxtı ən çox lift və pilləkən sıradan çıxır.
Güclü zəlzələdən sonra təkrarlanan təkanlardan qorxmayın. Bu heç də yeni zəlzələ deyildir. İlk təkandan birinin digərindən bir neçə saniyə sonra baş verməsinin səbəbi əvvəlcə boyuna, sonradan eninə dalğaların gəlib çatmasıdır. Bundan sonra da arabir təkrar güclü təkanlar hiss edilə bilər. Bəzən ilk təkandan sonra təkrar zərbələr zədələnmiş və konstruksiyaları zəifləmiş binaların dağılmasına gətirib çıxarır.
Milli.Az
Cəmiyyət
Zəlzələ baş verərsə, insanlar nə etməli, nəyi bilməlidirlər?
4 Avqust 2011 10:09
Baxış: 9 949
DİGƏR XƏBƏRLƏR
- Asan yolla qazanc əldə etmək istədi - it də getdi, ip də - VİDEO
- İnsanların ənənəvi siqaretləri alternativ siqaret çəkmək üsülları ilə əvəzləməsi səbəbi nədir?
- Günün qoroskopu: Şəxsi münasibətlər müstəvisində romantik durumdur
- Toyda qəribə ADƏT - VİDEO
- Aviasiya Akademiyasını bitirib KLOUN işləyən şəxs: "Deyirlər, özünə kişi işi tap" - VİDEO
- Məşhur bankın rəhbərinə AĞIR İTKİ
XƏBƏR LENTİ
- I Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
- Bu şəxslərin maaşı artırıla bilər
- Nəsimi Paşayevə ağır itki - FOTO
- 10 yaşlı uşağın faciəvi ölümü
- Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü
- Tanınmış meyxanaçıya AĞIR İTKİ - FOTO
- Cem İremə bu azərbaycanlı modellə xəyanət edib - FOTO
- Vətəndaş cəmiyyəti instututu “Biləcəri səddi”ni məharətlə keçir – İslahatların nəticəsi
- Azərbaycanla Qazaxıstan arasında dənizçilərin diplomları qarşılıqlı tanınacaq
- Türkiyənin Azərbaycana avtomobil sənayesi məhsulları ixracı azalıb
- Mətanət fotoşopla özünü qəribə hala saldı - FOTO
- Mişustin bu qubernatorları nazir gətirir - Siyahı
- “Real” ən çox sevilən klubdur - ARAŞDIRMA
- Lənkəran sakini Moskvada faciəvi şəkildə öldü
- Növbəti “Avroviziya” hansı şəhərdə keçiriləcək?
- Mirzoyan Almatı görüşünü konstruktiv adlandırdı
- Putin Şoyqunu niyə MN-dən uzaqlaşdırdı? - 3 səbəb
- Etirazçı qadın erməni polisin papağını yerə saldı - VİDEO
- "Sədərəkdən 15 manata mikrofon alıb, məni müzakirə edir"
- DİN əhaliyə xəbərdarlıq etdi
- “Qeyri-müəyyən cinsəllikdə, amma çox istedadlı...”
- Putinin yeni kabinet üçün namizədləri - Tam siyahı
- Üzeyir Cəfərova ağır itki
- “Bolonya” 60 il sonra Çempionlar Liqasında