Cəmiyyət

Sərnişinlərin nəzərinə: Bakıda bu avtobuslar 20 saat işləyəcək - VİDEO - FOTO

20 İyun 2017 13:51
0 Şərh     Baxış: 1 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23-25 iyun tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq "Formula-1" Azərbaycan Qran-prisi ərəfəsində tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşən "F1 şəhərciyi"nə və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları məlum olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən, trekin yaxınlığından keçən avtobuslar və metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək gün ərzində ümumilikdə 20 saat xidmət göstərəcək. Yarış həftəsi ərzində 5, 53 və 65 saylı marşrutlar üzrə hərəkət edən avtobuslar müvafiq olaraq 5, 3 və 6 dəqiqəlik intervalla hərəkət edəcəklər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirir ki, həmin avtobuslar 20 saatlıq rejimlə işləyəcəklər və sıxlığın minimuma endirilməsi üçün çalışacaq. 

Sakinlər isə intervalın çox olmasından şikayətlənirlər.

Bəxtimşah Tağıyeva (sərnişin) : "Çox gözləyirik. Bəzən 10-15 dəqiqə gözləyirik".

Famil Adıgözəlov (sərnişin) : "5 dəqiqə olar gözləyirəm. 53 nömrə gəldi dolu idi".

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ - Bakıda bu avtobuslar 20 saat işləyəcək

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.