Cəmiyyət

Nömrəsi yararsız vəziyyətdə olan maşın paytaxt küçələrində belə şütüyür - VİDEO

17 Aprel 2017 22:17
0 Şərh     Baxış: 1 313

Hərəkətdə olan avtomobilin dövlət nömrə nişanı görünmür.

Milli.Az bildirir ki, görüntü Bakıda, Xətai rayonu ''NZS'' qəsəbəsində çəkilib. Kadrlardan görünür ki, ''VAZ-21099'' markalı avtomobilin arxa nömrəsi yararsız vəziyyətə düşüb. Nömrədə yalnız son iki rəqəm, yəni 40 görünür. Nömrənin seriyası və əvvəlindəki rəqəmlər aydın deyil.

Amma bu hal sanki sürücünü maraqlandırmır. Baxmayaraq ki, qanunla avtomobilin dövlət nömrə nişanı istisimar müddətini başa vuranda və ya qəzalarda yararsız vəziyyətə düşəndə sürücü mütləq onu yenisi ilə əvəz etməlidir.

Çünki həmin sürücü avtomobillə hansısa qayda pozaraq hadisə yerindən uzaqlaşsa, arxadan onu müəyyən etmək çətin olar.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, avtomobilinin nömrə nişanı pozulan sürücülər mütləq qaydada Baş Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat imtahan şöbəsinə müraciət etməlidir. Bir cüt nömrənin dövlət rüsumu 22 manatdır.

Əgər sürücü özü bilərəkdən avtomobilin dövlət nömrə nişanına müdaxilə edərsə, yəni seriyasında və rəqəmləri dəyişdirərsə onda cərimə daha çoxdur.

Kamran Əliyevin sözlərinə görə, sürücülər arasında belə faktlara ara-sıra rast gəlinir.
Bir çox sürücü istismar müddəti bitən nömrəni özləri kustar üsulla bərpa etmək istəyirlər. Şöbə rəisi Kamran Əliyev bunun da qanuın pozuntsu olduğunu deyir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Nömrəsi yararsız vəziyyətdə olan maşın paytaxt küçələrində belə şütüyür

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.