Cəmiyyət

Öskürmə zamanı inhalyasiyanın faydalı olduğunu bilirdinizmi?

23 Mart 2017 23:20
0 Şərh     Baxış: 7 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soyuq,küləkli və dəyişkən havalar özü ilə bir çox xəstəliklər də gətirir. Belə havalar zamanı meydana çıxan xəstəliklərdən biri də öskürmədir. Dəyişkən havalar özünü ən çox immuniteti zəif adamlarda göstərir. Belə havalarda immuniteti aşağı olan adamlarda ən çox soyuqdəymə, qripp, bronxit və s. xəstəliklər meydana çıxır.
Bu xəstəliklər özünü baş ağrıları, tempratura və öskürəklə göstərir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, öskürəyin müxtəlif üsullarla müalicəsi var. Öskürək bvronxolitiklərlə, mukolitiklərlə, iltihabəleyhinə dərman vasitələri və s. ilə müalicə olunur. Öskürəyin müalicəsində ən effektiv müalicə üsullarından biri də inhalyasiyadır.
İnhalyasiya nədir? İnhalyasiya dərman maddələri və bioloji aktiv maddələrin nəfəs yolları vasitəsilə orqanizmə daxil olmasıdır. İnhalyasiya zamanı müalicə məqsədilə istifadə edilən maddələr buxar halında nəfəs yollarından orqanizmə daxil olur. İnhalyasiyanın ən yaxşı xüsusiyyəti onun yanlız tibbi müəssisədə deyil, ev şəraitində tətbiq edilə bilinməsidir.
İnhalyasiyanın növləri, texnikası, resepti
İnhalyasiyanın ən təbii növü dəniz, meşə,dağ havası ilə nəfəsalma zamanı olur. Süni yollarla tətbiq edilən inhalyasioyalar isə xüsusi inhalyasiya aparatları vasitəsilə aparılır. Öskürmənin bu vasitələrlə müalicəsi fizioloji müalicə adlanır.
Müasir tibbdə ev şəraitində aparılan inhalyasiya müalicəsi daha effektiv sayılır. Bunun üçün müalicəvi dərman bitkiləri lazımdır. İstifadə ediləcək dərman bitkiləri isə öskürəyin xarakterindən asılı olaraq götürüılür.Belə ki, öskürəyin quru, bəlğəmli olmasından asılı olaraq ona uyğun dərman bitkisi seçilir və onunla inhalyasiya edilir.
İnhalyasiya yanlız müalicəvi deyil, həm də rahatlıq verən xoş bir prosedurdur. Amma, onu tətbiq edərkən texniki qaydalara dəqiq əməl etmək lazımdır.
İnhalyasiyanı ən azı qida qəbulundan yarım saat əvvəl etmək lazımdır.
Proseduru tam sakit vəziyyətdə aparmaq lazımdır.
Əgər inhalyasiyanı həkim təyin edibsə o zaman həkimin təyinatına uyğun hərəkət etmək lazımdır.Həkimlər əksər hallarda əvvəlcə bronxları genişləndirən,sonra isə bəlğəmgətirici inhalyasiyalar təyin edirlər. Bəlğəmgətirici inhalyasiyadan sonra isə dezinfeksiyaedici və ya iltihab əleyhinə inhalyasiyalar tətbiq edilir.
İnhalyasiyalar zamanı bağayarpağı, evkalipt, bal və bağayarpağı qarışığı və s. dən istifadə edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.