Cəmiyyət

Bakıda qadın sürücülər taksi xidmətinə cəlb olunacaq - Yeni avtomobillərlə - FOTO

10 Mart 2017 08:18
2 Şərh     Baxış: 2 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qadın sürücülər taksi xidmətinə cəlb olunacaq. Milli.Az bildirir ki, bu barədə Trend-ə "Bakı Taksi" MMC-nin rəhbəri Ramal Ağayev deyib.

R.Ağayev bildirib ki, MMC yaxın vaxtlarda qadın sürücüləri də taksi fəaliyyətinə cəlb etmək niyyətindədir:

"Bəzən insanlar ailələrini, uşaqlarını kişi sürücülərə etibar etməkdən çəkinirlər. Biz bu məsələləri nəzərə alaraq yaxın gələcəkdə qadın sürücüləri də taksi fəaliyyətinə cəlb etməyi nəzərdə tuturuq. Bizim şirkət tərəfindən cəlb olunacaq qadın sürücülər çəhrayı rəngdə avtomobillərlə taksi xidməti göstərəcəklər. Artıq bir qadın sürücümüz Bakıda taksi xidməti göstərməyə başlayıb və xidmət keyfiyyətinə görə kişi sürücülərdən geri qalmır".

R.Ağayev vurğulayıb ki, bu məqsədlə müsabiqə keçirilməsi nəzərdə tutulur: "Təqribən 25-40 yaş arası qadın sürücüləri işə cəlb etmək niyyətindəyik. Qadın sürücülər müsabiqə yolu ilə seçildikdən sonra sürücülük məktəbində iki aylıq təlim keçəcək və ondan sonra taksi xidməti göstərməyə başlayacaqlar. Həm də cəlb ediləcək qadın sürücülərin 5 illik sürücülük təcrübəsi olmalarına diqqət yetiriləcək, çünki bu, məsuliyyətli bir məsələdir. Burada yalnız öz həyatına görə deyil, digər insanların da həyatına görə məsuliyyət daşıyırsan".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.