Cəmiyyət

Maraqlı tibbi məlumatlar

29 Sentyabr 2016 08:48
7 Şərh     Baxış: 3 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hamiləlik dövründə ananın yediyi alma gələcək körpəni astmadan qoruyur. Hollandiya və İngiltərə alimləri belə nəticəyə gəlmişlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sıx hörülmüş saç hörükləri, "Afro" saç düzümü getdikcə saçların tökülməsinə və dazlaşmaya gəətirib çıxarır. Dermatoloqlar bu prosesə afrikalıların daha çox meylli olduqlarını qeyd edirlər.
 
*Avstraliya alimləri insan beyninin öyrənmə funksiyalarının hava qaraldıqdan sonra daha yaxşı işlədiyini müəyyən etmişlər.
 
*Avstraliya psixiatrı Qordon Parkerin dediyinə görə, son vaxtlar "depressiya" diaqnozunun hiperdiaqnostikasına tez-tez rast gəlinir. Belə halda normal emosional vəziyyətlər xəstəlik kimi müalicə olunur. Parkerin fikrincə indiki "depressiya" anlayışına hal-hazırki insanların dörddə üçünü aid etmək olar, çünki bunların hamısında qəm, kədər, ruh düşkünlüyü qeyd olunur.
 
*Fiziki hərəkətlər beynə antidepressant preparatlar kimi təsir göstərir. İsveçrəli həkim Astrid Byörnebekk müəyyən etmişdir ki, idman hərəkətləri yeni beyin hüceyrələrinin əmələ gəlməsinin stimullaşdırır və depressiyaya qarşı özünəməxsus bir müalicə üsulu kimi istifadə oluna bilər.
 
*Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, hər il hava yolu ilə 2,1 milyard sərnişin daşınır. Bu qədər yüksək sayda insanların müxtəlif istiqamətlərə səfər etməsi QİÇS, atipik pnevmoniya kimi epidemiyaların asanlıqla yayılmasına şərait yaradır.
 
*Yapon alimlərinin tədqiqatlarına görə, insan bədənindəki piyləri ən yaxşı əritmək qabiliyyətinə malik hərəkətlər 20 dəqiqəlik fasilələrlə edilən idman hərəkətləridir.
 
*Aparılan tədqiqatların nəticələrinə görə, sünnət QİÇS-ə yoluxma riskini azaldır.
 
*Qəhvə qadınların yaddaşına müsbət təsir göstərir. Tədqiqatların nəticələrinə görə, gündə üç fincan qəhvə içən qadınlar güclü yaddaşa malik olmuşlar.
 
*ABŞ tədqiqatçıları yaşıl çayda müxtəlif dəri xəstəliklərinin, o cümlədən, psoriaz və kəpəyin müalicəsində istifadə oluna biləcək maddələri kəşf etmişlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.