Cəmiyyət

Azərbaycanda Məhərrəmlik ayı ilə bağlı fətva verildi - VİDEO

27 Sentyabr 2016 21:08
2 Şərh     Baxış: 2 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qafqaz Müsəlmanları İdarəsi məhərrəmlik ayı ilə əlaqədar fətva verib. Müqəddəs ay oktyabrın 3-də başlayır. Fətva ilə bağlı keçirilən iclasda qurşağadək soyunub zəncirlə bədənə xəsarət yetirməklə qan çıxarmağın şəriətə uyğun olmadığı bildirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə isə deyib ki, sünnilər və şiələr bu ayı birgə keçirərək hamıya nümunə olmalıdır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Məhərrəm ayının ilk günü oktyabrın 3-ü, Aşura günü isə oktyabrın 12-də olacaq. Bu Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəmlik ayı ilə bağlı verdiyi fətvada öz əksini tapıb. Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən toplantıda Məhərəmmlik ayını bütün məzhəblərin birgə keçirməli olduğuna diqqət çəkib...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə heç bir radikal cərəyanın Azərbaycanda özünə tərəfdar tapa bilməcəyinə deyib və dini təbliğat məsələlərinin dövlətin birbaşa nəzarətində olduğunu vurğulayıb...

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə gəncləri radikal dini cərəyanlardan uzaq durmağa və xarici qüvvələrin oyunlarına alət olmamağa çağırıb.

Bu arada fətva ilə bağlı keçirilən iclasda qurşağadək soyunub zəncirlə bədənə xəsarət yetirməklə qan çıxarmağın şəriətə uyğun olmadığı bildirilib. Bundansa qan vermə aksiyalarında iştirak etməklə insanlara yardım etməyin daha faydalı olduğu tövsiyyə olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda Məhərrəmlik ayı ilə bağlı fətva verildi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.