Cəmiyyət

Canavarların dişlədiyi heyvan əti satışa çıxarılarsa... - VİDEO

30 May 2016 22:16
0 Şərh     Baxış: 2 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar kəndlərdə  canavarların hücumu artıb. Yırtıcılar bəzi heyvanları öldürür, bəzilərini isə yaralayır. Ötən gün Zaqatalanın Qandax kənd sakini Akif Əsgərovun həyətindəki tövləyə daxil olan yırtıcılar, 42 baş qoyundan 18-ni parçalayıb, 9-nu da ağır yaralayıb. Paytaxtla yanaşı bölgələrdə də istifadəyə yararsız ətlərin aşkarlanması belə bir sualı aktuallaşdırır: canavarların dişlədiyi heyvan əti satışa çıxarılarsa bunun fəsadı nə olar?

Canavarların dişlədiyi heyvanlar təhlükə mənbəyi ola bilər. Baytarlara  görə  belə  ətin satışı qadağandır. Çünkü yaralı heyvan 6 ay keçdikdən sonra da quduzlaşa bilər.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin şöbə müdiri Kliment Əsədov deyib ki, canavarlar tərəfindən dişlənən və sağ qalan heyvanların kəsilib yeyilməsi birmənalı olaraq yolverilməzdir.

Xidmətdən o da bildirilib ki, yırtıcıların dişlədiyi heyvanların satışı faktına aparılan reydlər zamanı rast gəlinməyib.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Canavarların dişlədiyi heyvan əti satışa çıxarılarsa...

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.