Cəmiyyət

Həqiqi zərər çəkənin əlamətləri

31 May 2016 23:40
2 Şərh     Baxış: 1 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən insan elə söz deyir ki, nə özünə və nə də din qardaşına ziyan vurmur. Ancaq nə dünya və nə də axirət faydası vardır. Bu cür danışmaq mübah olsa da, ancaq məkruh hesab olunur. Çünki faydasız və əbəsdir.

İnsan tacir hesab olunur ki, əməli - onun sərmayəsidir. Ona görə də hər an öz fayda və mənfəətini düşünməlidir. Dəyərli sərmayəsini gərək rahatlıqla əldən verməsin. Qısa müddətdə ixtiyarına qoyulmuş bu sərmayədən bacardığı qədər istifadə etsin. Axirəti üçün ehtiyat toplasın.
Bir gün bir fırıldaqçı qoz satının yanına gəlir və qozun qiymətini soruşur. O da baha qiymət deyir. Soruşur üç-dörd dənəsi neçəyədir? Deyir: "Filan qədər". Soruşur: "Bir kilosu neçəyədir?". Deyir filan qədər. O qədər sual verir ki, nəhayət deyir, bəs bir dənə təmizlənmiş qoz neçəyədir. Qoz satan deyir ki, onun dəyəri yoxdur və bir dənə ona təmizlənmiş qoz verir. Fırıldaqçı çıxıb gedir və bir müddət sonra yenə qayıdır və deyir: "Cənab, axı siz dediniz ki, təmizlənmiş bir qozun dəyəri yoxdur, ona görə birini də yeyə bilərəm". Bu minvalla fırıldaqçı gedib gəlir və avam satıcının qozlarını yeməyə başlayır. Nəhayət qoz satan görür ki, qozların hamısı bitmişdir və sərmayəsi bada getmişdir.
Ömür sərmayəsi də o cürdür. İnsan ondan qafil olarsa, tez əldən verər. Aqil insan heç bir zaman dəyərli fürsətləri əldən verməz. Çünki özünü ölümün bir neçə addımlığında hiss edər.
Əmirəl-möminin (ə) buyurur: "Fürsətlər buludların hərəkəti kimi keçər və geri qayıtmaz. Ona görə də onu qənimət bilin".
İmam Sadiq (ə) buyurur: "Həqiqi zərər görən o kəsdir ki, ondan fayda aparamadan ömür sərmayəsini anbaan əldən verər".
Çox danışmaq insana ziyandan başqa bir şey gətirməz. Həzrət Peyğəmbər (s) buyurur: "Xoş olsun o kəsin halına ki, malının çox olanını infaq edər, sözünün çoxunu saxlayar".
Əmirəl-möminin (ə) buyurur: "Hər kim çox danışarsa - xatası çox olar. Hər kimin xatası çox olarsa - həyası azalar. Hər kimin həyası azalar - təqvası azalar. Hər kimin təqvası az olar -  qəlbi ölər. Hər kimin qəlbi ölər - cəhənnəmə daxil olar".
Həzrət Əli (ə) başqa yerdə buyurur: "Çox danışmaqdan qorx, çünki büdrəmələri çoxaldar".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim çox danışar - xatası çox olar. Xatasının artması - günahın artmasına səbəb olar. O kəsin ki, günahları çoxdur - cəhənnəm onun üçün daha yaxşıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.