Cəmiyyət

“Maun” surəsinin fəzilətləri

24 May 2016 23:20
2 Şərh     Baxış: 1 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maun" surəsi Quranın 107-ci surəsidir ki, 7 ayəsi vardır və Məkkədə nazil olmuşdur. "Maun" sözünün lüğətdə mənası o əşyalara deyilir ki, adətən qonşu başqa qonşusundan borc alır. Boşqab və ya stul kimi. Hədislərdə oxuyuruq:"Hər kim mənzilinin ləvazimatlarını qonşusundan əsirgəyərsə, Allah Qiyamət günü Öz lütfünü ondan əsirgəyər".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) bu surənin fəziləti barəsində buyurur: "Hər kim malının zəkatını ödəyər, bu surəni oxusun ki, Allah onu bağışlasın".
Həzrət Rəsuli-Əkrəm başqa yerdə buyurur ki, hər kim bu surəni işa namazından sonra oxuyarsa, Allah onu bağışlayar və sübh azanına qədər onu qoruyar. (Tebyan)
İmam Baqir (ə) buyurur: "Hər kim "Maun" surəsini müstəhəb və ya vacib namazlarında oxuyarsa, o kəslərdən olar ki, Allah namaz və orucunu qəbul etmişdir və onu dünya həyatında etdiklərinə görə hesaba çəkməz".
İmam Sadiq (ə) buyurur: "Hər kim "Maun" surəsini əsr namazından sonra oxuyarsa, gələn günün əsrinə qədər Allahın amanında olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.