Cəmiyyət

"Tələbə qızların intiharı maddi yox, psixoloji problemlərlə bağlıdır"

11 Fevral 2016 13:07
4 Şərh     Baxış: 1 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son bir ay ərzində Azərbaycanda iki tələbə qız intihar edib. İntihar edənlərdən biri yanvarın 8-də, digəri isə fevralın 8-də canlarına qıyıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanvarın 8-də Sumqayıt Dövlət Universitetinin pedaqoji fakültəsində ibtidai sinif müəllimi ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Rumiyə Elşən qızı Qasımova özünü Sumqayıt şəhəri ərazisində dənizə atıb. Tələbə qızın meyidi bir gün sonra dənizdən tapılıb.

Digər bir intihar hadisəsi isə Bakı şəhərində baş verib. Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, 23 yaşlı Nigar Vahabovanın fevralın 8-i saat 19 radələrində yaşadığı Yeni Yasamal 2, bina 5 ünvanında meyidi aşkar edilib. İlkin ehtimala görə, o intihar edib.

Tələbə qızların intiharını bəzi yanaşmalarda sosial sıxıntı, maddi çətinliklə əlaqələndirilir. Ekspertlər isə intiharın psixoloji problemlə əlaqəli olduğunu iddia edirlər.

Hüquqşünas Sahib Məmmədov iddia edir ki, gənc qızların intiharı onların psixoloji gərginliyi ilə əlaqəlidir. Ekspert bildirir ki, intiharların əsas səbəbinin maddi çətinlik olması inandırıcı deyil: "Bu məsələdə sosial-iqtisadi aspekt əsas rol oynamır. İntihar əsasən psixoloji problemlərlə əlaqəlidir. Bunu bəziləri insanların guya sosial problemlərinin artması ilə əsaslandırırlar. Mən bu fikrin tam əleyhinəyəm".

S.Məmmədov deyir ki, dünyanın elə inkişaf etmiş ölkələri var ki, orada intiharlar, xüsusən də gənclərin intihar halları daha çoxdur: "Norveç dünyanın inkişaf etmiş ölkələrindəndir. Bu ölkədə sosial problemlər azdır. Amma Norveçdə intiharlar daha çoxdur. Özü də orada gənc yaşlılar arasında intihar halları çoxluq təşkil edir. Ona görə də bu halların sosial problemlərlə əlaqələndirilməsinin əleyhinəyəm. Ola bilər ki, intihar edən həmin gənc qızların hansısa psixi gərginliyi olub və burada sosial problem sadəcə bəhanə rolunu oynayır. Hansısa problemi yaranır, onu həll edə bilmir, çarəsiz vəziyyətə düşür və bu yola əl atır. Amma əslində, intiharın kökündə psixoloji faktorlar durur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.