Cəmiyyət

Teatrdan çıxarılan xalq artisti: “Yalandır...”

24 Noyabr 2015 21:52
0 Şərh     Baxış: 1 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi mətbuat orqanları yanlış xəbərlər yayırlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Valeh Kərimov bir müddət əvvəl Gəncə Dövlət Dram Teatrında rejissor kimi çalışmağa başlaması ilə bağlı yayılan xəbərlər haqda danışarkən deyib. Aktyor hələ ki, heç bir vəzifəyə təyin olunmadığını qeyd edib:
 
"Bildiyiniz kimi, uzun müddət çalışdığım Sumqayıt Dövlət Musiqili Dram Teatrından yaşımla əlaqədar olaraq uzaqlaşdırılmışdım. Sonra mətbuatda xəbərlər çıxdı ki, Gəncə Teatrında rejissor kimi işə qəbul olunmuşam. Bu, yanlış məlumatdır, mən rejissor kimi işə başlamamışam.
 
Hamı məndən soruşur ki, hansı səbəbə görə Gəncə Teatrında işə çıxmıram. Əslində, məsələ başqadır, mən orada müqavilə ilə bir tamaşada oynamalı idim. İndi həmin tamaşanı gözləyirəm, nə vaxt dəvət etsələr, gedib rol alacağam".
 
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda xalq artisti Valeh Kərimovun Gəncə Dövlət Dram Teatrına rejissor təyin olunması ilə bağlı xəbər yayılmışdı. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.