Cəmiyyət

Borca görə qonşusunu bıçaqladı

8 Oktyabr 2015 22:11
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dadaşov ona qarşı nalayiq ifadələr işlədib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Salman Məlikovun CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ötən il dekabrın 1-də Nəsimi rayonunun D.Əliyeva küçəsində Salman Məlikov qonşusu Ağatalıb Dadaşovu bıçaqlayıb, sonuncu bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb və həkimlərin müdaxiləsi nəticəsində onun həyatı xilas edilib. 

Araşdırmaya başlayan Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları S.Məlikovu şübhəli şəxs qismində saxlayıblar, dindirmə zamanı o bildirib ki, hadisədən bir müddət əvvəl qonşusundan borca 30 manat pul alıb. Ayın 1-də Ağatalıb ondan borcunu istədikdə Salman hazırda pulu olmadığını deyib və ondan yenə də möhlət istəyib. Lakin Dadaşov ona qarşı nalayiq ifadələr işlədərək təhqir etməyə başlayıb, cavab olaraq o da qonşusunu söyüb. Əlbəyaxa olarkən Məlikov evdən götürdüyü məişət təyinatlı bıçaqla Dadaşovun qarın nahiyəsinə bir zərbə vurub. 

Məhkəmə prosesində təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli hesab edərək, əməlindən peşman olduğunu bildirib. 

Məhkəmənin hökmü ilə S.Məlikov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.