Cəmiyyət

Ümumtəhsil internat məktəblərinə qəbul qaydası dəyişib

21 Avqust 2015 10:22
0 Şərh     Baxış: 2 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi"ndə dəyişiklik edib.

 APA-nın məlumatına görə, Əsasnaməyə əsasən, ümumi tipli ümumtəhsil internat məktəblərinə çoxuşaqlı, lazımi maddi-məişət və tərbiyə şəraiti olmayan ailələrdən gələnlər, tək anaların (ataların) övladları, səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş valideynlərin (yaxud onları əvəz edənlərin) uşaqları, qəyyumluğa (himayəyə), övladlığa götürülən uşaqlar, xüsusi ümumtəhsil internat məktəblərinə hər iki valideynini itirmiş yetim uşaqlar, müxtəlif səbəblərdən (valideynlərin həbs edilməsi, ruhi xəstə olması, valideynlik hüququndan məhrum olunması, valideyn tərəfindən imtina edilməsi və s.) valideyn himayəsindən məhrum olan uşaq və yeniyetmələr, sanator tipli ümumtəhsil internat məktəblərinə qan-damar sistemində xəstəliklər olan uşaq və yeniyetmələr, vərəmin ilkin, kiçik, sönməkdə olan formalarına tutulmuş uşaq və yeniyetmələr, tənəffüs orqanlarında xroniki qeyri-spesifik xəstəliklər olan uşaqlar qəbul olunurlar. 
 
Ümumtəhsil internat məktəbində müəyyən edilmiş qaydada ərzaq, geyim, tədris ləvazimatı və digər avadanlıqdan mövcud normativlər üzrə istifadə edən, onun təsdiq olunmuş rejiminə tabe olanlar internat məktəbinin şagirdləri hesab edilirlər. İndiyə qədər istisna hallarda ərazidə başqa ümumtəhsil məktəbi olmadıqda, bəzi şagirdlərin göstərilən imtiyazlardan istifadə etməmək şərtilə ümumi tipli ümumtəhsil internat məktəbə qəbul olunmasına icazə verilib. Dəyişikliyə əsasən bu müddəa ləğv olunub. Yəni istisna hallarda ərazidə başqa ümumtəhsil məktəbi olmadıqda, bəzi şagirdlərin göstərilən imtiyazlardan istifadə etməmək şərtilə ümumi tipli ümumtəhsil internat məktəbə qəbul olunmasına icazə verilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.