Cəmiyyət

İstirahətə gələnlərin maşınlarını əllərindən aldılar - VİDEO

27 İyul 2015 13:16
2 Şərh     Baxış: 2 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanal S /Region TV xəbər verir ki, Qax, Balakən və Şəkidə reyd keçirilib. Əsasən istirahət məkanlarının yaxınlığında keçirilən reydlər zamanı 100-dən çox yol hərəkəti qaydalarının pozulması faktı aşkarlanıb. 

Qaxın İlisu kəndi ərazisində keçirilən reyd zamanı bəzi sürücülərin sərxoş halda avtomobil idarə etdikləri məlum olub. Onların avtomobili cərimə meydançasına salınıb. Yol polisi əməkdaşlarının əmrinə tabe olmayaraq qaçmağa çalışanlar da olub, ancaq onlar çox uzağa gedə bilməyiblər.

Avtomobilinin şüşələrinə görüntünü məhdudlaşdıran pərdə və plyonka yapışdıran sürücülər də yol polisinin hədəfinə tuş gəliblər. Ümumilkdə müxtəlif qayda pozuntusuna görə 40-dan çox sürücüyə qarşı müvafiq protokol tətbiq edilib.

Balakəndə keçirilən reydlər zamanı 100-dən çox avtomobil saxlanılıb. Təhlükəsizlik kəmərindən istifadə etməyən, abtomobilə əlavə avadanlıqlar quraşdıran, avtomobili sənədsiz və içkili vəziyyətdə idarə edən və digər qayda pozuntusuna yol verən ümumilikdə 70 sürücüyə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tətbiq edilib, 20 avtomobil cərimə meydançasına aparılıb.

Şəki DYPB-nin əməkdaşları Baş DYP-nin əməkdaşları ilə birgə şəhərin bir sıra yerlərində reyd keçiriblər. Axşam saatlarından başlayan reyd bir çox maraqlı məqamlarla yadda qalıb. Reyd zamanı qayda pozan sürücülər polis tərəfindən saxlanılıblar. Bəzi sürücülər polisin "dayan" əmrinə tabe olmayaraq oradan qaçmağa çalışıblar. 

Saxlanılan bəzi sərxoş sürücülər isə özlərinin bu əməlinə bəraət qazandırmağa çalışıblar.

Gecə saatlarına qədər davam edən reyd zamanı ümumilikdə 42 qayda pozuntusu qeydə alınıb.  7 nəfərə avtomobili sərxoş idarə etdiyinə görə, 2 nəfərə avtomobili sənədsiz idarə etdiyini görə, 33 nəfərə isə müxtəlif qayda pozuntularına görə protokol tətbiq edilib. Belə reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.