Cəmiyyət

Səhiyyə Nazirliyi nikahlara hazırdır

4 İyul 2015 20:53
1 Şərh     Baxış: 1 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Artıq nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsini həyata keçirəcək səhiyyə müəssisələri və onların vəzifələri müəyyən edilib".

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyində nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına həsr edilmiş geniş kollegiya iclasında Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

Onun sözlərinə görə, bunu regionlarda mərkəzi rayon və ya şəhər xəstəxanaları, şəhər səhiyyə şöbələrinin əvvəldən müəyyən etdiyi tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayon üzrə təyin olunmuş poliklinikalar, Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu (ETHTİ), Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Prenatal Mərkəzi həyata keçirəcək".

"Qan xidməti avtomobilləri"

Səhiyyə Nazirliyinin "Tibb" qəzeti yazır ki, Gülmirzə Poladov proqrama cəlb olunan bütün rayon və şəhər səhiyyə müəssisələrinin yerlərdə skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunduğunu bildirib: "Qan nümunələrinin Bakıya çatdırılması üçün xüsusi qan xidməti avtomobilləri ayrılıb və onların marşrutları müəyyən edilib.

Qan nümunələrinin Bakıya çatdırılması üçün xüsusi qan xidməti avtomobilləri ayrılıb
Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda Talassemiyanın profilaktikası şöbəsi yaradılıb və o, talassemiyanın təsdiqedici müayinəsini həyata keçirəcək kadrlar və müasir standartlara uyğun lazımi laborator avadanlıqla təmin olunub".

Gülmirzə Poladov qeyd edib ki, Səhiyyə Nazirliyinin 77 nömrəli əmrinə əsasən, mərkəzi rayon xəstəxanaları və şəhər səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində hematoloji kabinetlər yaradılıb.

Tibbi-genetik məsləhətlər

Hematoloji kabinetlər təhkim edilmiş ərazidə nikaha daxil olmaq istəyən şəxslərin qan nümunələrinin alınmasını və digər xidmətləri təmin etməlidir: "Nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticələri ilə bağlı tibbi-genetik məsləhət və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş formada arayış verilməlidir".

Ölkədə il ərzində orta hesabla 85-90 min nikah qeydə alınır ki, bu da 170-180 min şəxsin tibbi müayinə olunması deməkdir
G. Poladovun sözlərinə görə, 2013-2014-cu illərin statistikasına əsasən, ölkədə il ərzində orta hesabla 85-90 min nikah qeydə alınır ki, bu da 170-180 min şəxsin tibbi müayinə olunması deməkdir: "Onların təxminən 24 faizi Bakı şəhərinin, qalan 76 faizi isə regionların payına düşür.

Beləliklə, bir gündə paytaxtda orta hesabla 50-60, bölgələrdə 180-ə yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.