Cəmiyyət

İngilis qəzeti "Hafka"dan yazdı: onun həbsi barədə sanksiya verilib

28 May 2015 16:00
0 Şərh     Baxış: 2 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Şeffild şəhərində çıxan "The Star" qəzeti "Hafka" ləqəbi ilə tanınmış iş adamı Hafiz Məmmədov barədə material hazırlayıb.

Milli.Az xəbər verir ki, bu haqda məlumatı AzadlıqRadiosu yayıb.

Qəzet yazır ki, "Hafka" hazırda Londondadır, amma Azərbaycandan qaçaq düşməsini inkar edir.

Qəzetinin iddiasına görə, Hafiz Məmmədov Şeffild şəhərinin şərti adı "Bayquşlar" olan futbol klubunu bir il əvvəl Milan Mandaricdən 40 milyon funt sterlinqə almağı planlaşdırıb.

Məqalədə deyilir ki, Mandaric bu sövdələşməyə ötən ilin sentyabrında Məmmədovdan gözlənilən pulu almadıqdan sonra son qoyub.

"The Star" qəzeti sövdələşmənin baş tutmamasını maraqlı bir ingilis deyimi ilə ifadə edib ki, bunu Azərbaycan dilinə yalnız "komandanın anası namaz üstdə olub" kimi tərcümə etmək olar. Hərçənd şeffildlilər müsəlman deyillər.

Qəzet yazır ki, Məmmədov Azərbaycan Beynəlxalq Bankından 60 milyon funt sterlinq kredit alıb qaytarmadığı üçün onun həbsi barədə sanksiya verilib.

"The Star" yazır ki, sanksiya veriləcəyi barədə iki gün əvvəl xəbər almış Məmmədov ölkədən çıxa bilib.

"Mənim ölkədən qaçmağım barədə məlumatlar tam yalandır", - Məmmədov "The Star" qəzetinə belə deyib - "Mən indi Londonda müalicədəyəm. Ayağımla bağlı problem var. Tezliklə Bakıya qayıdacağam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.