Cəmiyyət

Yanan uşaqların ruhunu təhqir edən aparıcıya etiraz - VİDEO

22 May 2015 09:12
26 Şərh     Baxış: 7 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az anspress-ə istinadən bildirir ki, sosial şəbəkələrdə olduğu kimi küçədə də insanlar teleaparıcı Mətanət Əliverdiyevanın ATV-nin efirində işlətdiyi ifadələri, faciə qrubanlarını "külək apardı" deməsini mənfi qarlışayıblar.

ANS TV rəyini soruşduğumuz insanların fikirlərini sizə təqdim edir.

"Məlum yanğın hadisəsi ilə bağlı bir kanalın teleaparıcısı deyib ki, "biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi, baxdıq, getdi". Axı bu belə deyil. Əgər bu şişirdilməsə, qabardılmasa, insanlar məsuliyyətini başa düşə bilməz. 15 nəfərin ölümü az deyil. Onların içərisində azyaşlılar, qocalar və qadınlar var. Bəs onların taleyinə biganə qalmaq olarmı?"

Paytaxt sakini Fikrət Əlizadə: "Jurnalistin "bu şişirdilməməlidir" deməsi düzgün deyil. Biz bu hadisəni özümüz üçün şişirtməliyik. Başqaları üçün yox".

Paytaxt sakini İbrahim Quliyev: "Bu hadisə hamımızı kədərləndirdi. Hər birimiz hadisə zamanı dünyasını dəyişənlərin ailə üzvlərinə başsağlığı verməliyik. O insanların dərdinə şərik olmalıyıq. Bu dərdə şərik olmaqdır, şişirtmək deyil. Əgər bunu jurnalist deyirsə, hesab edirəm ki, o, məsələyə düzgün yanaşmır".

Ətraflı videomaterialda...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.