Cəmiyyət

Bakıda ananın öldüyü klinikanın "kitabı bağlandı"

5 May 2015 15:56
3 Şərh     Baxış: 18 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda özəl tibb müəssisələri ilə bağlı şikayətlər, qərarlar, yasaqlar və bəraət cəhdləri bitmək bilmir. Sayı artan şikayətlər bəzən özəl klinikanın, çox vaxt isə bölməsinin bağlanması ilə bitir

Məşhur "Atlas" kilinikasından sonra daha bir tanınan klinikada çətin durum yaranıb. Milli.Az saytına son günlər ana ölümü ilə gündəmə gələn "Astoriya" tibb mərkəzinin bağlanması ilə bağlı məlumat daxil olub.

Məlumata görə, klinikaya fəaliyyət göstərməsi üçün növbəti lisenziya verilməyib. Klinikanın həkim heyəti artıq başqa xəstəxanalarda özünə iş axtarır.

Klinikanın tibbi işlər üzrə müdir müavini İlqar Qasımov Milli.Az-a açıqlamasında bildirdi ki, tibb mərkəzi tam bağlanmayıb. Onun sözlərinə görə, klinikada doğum şöbəsi fəaliyyətini dayandırıb.

"Klinikanın bütün həkimləri başqa xəstəxanalara keçib" sualına müdir müavininin cavabı belə oldu: "Sual verdiniz, cavab verdim. Daha mən dedi-qodu etməyəcəm ki..."

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə klinikanın bağlanması ilə bağlı heç bir sanksiyanın olmadığını vurğuladı. Əlavə etdi ki, həmin klinikada hansısa şöbənin bağlanması təsisçilərin öz istəyi ilə ola bilər.

"Astoriya" Tibb Mərkəzi bir neçə gün əvvəl doğuş zamanı ana ölümü ilə gündəmə gəlmişdi. Martın 20-də həmin tibb mərkəzində 29 yaşlı İlahə Musazadə doğuş zamanı ölüb. Ölümə səbəb kimi isə anestezioloğun iynəni xəstəyə düzgün vurmaması göstərilirdi.

Xatırladaq ki, digər bir ölüm hadisəsi martın 17-də "StarMed" özəl klinikasında da baş vermişdi. Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı da martın 17-də özəl klinikalardan birində - "StarMed"də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir.

Gülər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.