Cəmiyyət

Bağlanan avtobusların tam SİYAHISI - YENİLƏNİB

5 May 2015 16:30
4 Şərh     Baxış: 9 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:30

Bakıda sərnişindaşıma sahəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində bir neçə marşrut avtobuslarının xəttində dəyişikliklər olub.


Bu barədə APA-ya Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

N.Həsənovun sözlərinə görə, 20, 188, 53 nömrəli marşrut avtobuslarının xətləri ləğv olunub: "Təkmilləşdirmə işləri ilə əlaqədar olaraq, 14 saylı marşrut xətti 24, 90 saylı marşrut xətti 83, 86 nömrəli marşrutu xətti isə 29 saylı marşrut xətti ilə əvəz olunub".
 

Bundan başqa, N.Həsənovun sözlərinə görə, 124 saylı marşrutun hərəkət sxemi isə "20-ci sahə" adlanan əraziyə qədər uzadılıb.

"2 və 193 və saylı marşrut xətti şəhərin mərkəzindən çıxarılıb. 70 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. 95 saylı marşrut xətti "Xətai" metro stansiyasına qədər qısaldılıb", - deyə N. Həsənov bildirib.

O əlavə edib ki, 120 saylı marşrut xəttinə yeni avtobuslar buraxılıb.

Qurum rəsmisi əlavə edib ki, bu cür təkmilləşdirmə işləri yaxın günlərdə də davam etdiriləcək.
 

"Ola bilsin Bakı avtovağzalı, Ziya Bünyadov prospekti istiqamətində də müəyyən dəyişikliklər olsun. Biz bu barədə növbəti günlərdə ictimaiyyətə əlavə məlumat verəcəyik", - deyə N. Həsənov bildirib.


----------
16:16

Oxuyun ki, yolda qalmayın

Dünəndən etibarən bir neçə marşrut avtobuslarının hərəkət istiqamətində dəyişiklik edildiyi barədə ictimaiyyətə məlumat verilib.

Baş verən dəyişikliklərlə bağlı qafqazinfo-ya açıqlama verən "Bakı Sərnişin Nəqliyyat" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəsmisi Vüqar İbrahimli deyib ki, 70 nömrəli marşrut xəttinin də istiqaməti dəyişdirilib:

"Həmin marşrutun sonuncu dayanacağı "Neftçilər" metrosu olacaq. Bundan əlavə, 124 saylı avtobusun hərəkət istiqaməti də 20-ci sahəyə qədər uzadılıb. Bəzi marşrutların xətdən yığışdırılmasının səbəbi onların təkrarlanan istiqamətlərdə hərəkət etməsi ilə bağlı idi. Bu səbəbdən də onların xətdən çıxarılması məsələsi zəruri idi. Hazırda sərnişinlər bu məsələ ilə bağlı narahatdırlar. Onlar dəyişiklikliyə gec alışırlar. Amma bilməlidirlər ki, həyata keçirilən işlər onların rahatlığı üçündür.

Bundan əlavə, şəhərdaxili avtobuslar da açılacaq. Bunlar yeni alınan qırmızı rəngli avtobuslardır. Onu da qeyd edim ki, xətdən çıxarılan avtobusların sürücüləri də işsiz qalmayacaq. Onlar əvəzlənən marşrutlarda işlərini davam etdirəcəklər".

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı isə qafqazinfo-ya açıqlamasınad bildirib ki, xətdən çıxarılan və ya hərəkəti qısaldılan marşrut xətlərinin dayanacaqları ilə bağlı, hələ ki, vahid cədvəl yoxdur: "Çünki hazırda həyata keçirilən işlər Avropa ouyunları ilə bağlıdır: "Şəhərin mərkəzinə olan nəqliyyat axınını azaltmaq üçün marşrut xətlərinin hərəkətinə qısaldılma baş verib. Amma Oyunlar bitəndən sonra yenidən əvvəlki istiqamətlərdə hərəkət davam edəcək. Bizə insanlar müraciət edirlər ki, dayanacaqlardakı monitorlarda da dəyişiklik edilməyib. Şəhər daxilində 664 monitor var. Onların hər birində dəyişiklik etmək üçün bütün sistemi yeniləmək lazımdır. Bu isə tez vaxtda həll ediləcək məsələ deyil. Eyni zamanda, bu marşrutlarla bağlı verilən qərar müvəqqəti məsələ olduğu üçün hələ ki, dəyişdirmək mümkün olmayacaq. Qərar tam verildikdən sonra biz bu işləri həyata keçirəcəyik".

Qeyd edək ki, ötən gün verilmiş qərara əsasən, 14 nömrəli marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub. 20, 188, 53, 90, 83 saylı avtobuslar ləğv edilib.

86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub. 124 saylı avtobus 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb. 70 saylı avtobusun istiqaməti dəyişdirilib.

95 və 2 saylı marşrut xəttinin hərəkət istiqaməti "Xətai" metrosuna qədər qısaldılıb.

Bakıda sərnişindaşıma sahəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində bir neçə marşrut avtobuslarının xəttində dəyişikliklər olub.


Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

N. Həsənovun sözlərinə görə, 20, 188, 53 nömrəli marşrut avtobuslarının xətləri ləğv olunub: "Təkmilləşdirmə işləri ilə əlaqədar olaraq, 14 saylı marşrut xətti 24, 90 saylı marşrut xətti 83, 86 nömrəli marşrutu xətti isə 29 saylı marşrut xətti ilə əvəz olunub".

Bundan başqa, N. Həsənovun sözlərinə görə, 124 saylı marşrutun hərəkət sxemi isə "20-ci sahə" adlanan əraziyə qədər uzadılıb.

"2 və 193 və saylı marşrut xətti şəhərin mərkəzindən çıxarılıb. 70 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. 95 saylı marşrut xətti "Xətai" metro stansiyasına qədər qısaldılıb", - deyə N. Həsənov bildirib.

O, əlavə edib ki, 120 saylı marşrut xəttinə yeni avtobuslar buraxılıb.

Qurum rəsmisi əlavə edib ki, bu cür təkmilləşdirmə işləri yaxın günlərdə də davam etdiriləcək.

"Ola bilsin Bakı avtovağzalı, Ziya Bünyadov prospekti istiqamətində də müəyyən dəyişikliklər olsun. Biz bu barədə növbəti günlərdə ictimaiyyətə əlavə məlumat verəcəyik", - deyə N. Həsənov bildirib.



Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.