Cəmiyyət

Sumqayıtın Yeni il libası - FOTO

21 Dekabr 2014 21:38
Baxış: 4 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sumqayıt şəhəri Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili yüksək əhval-ruhiyyədə qarşılayır. Şəhərin mərkəzi küçələri və istirahət parkları bayramsayağı bəzədilib, küknar ağacları quraşdırılıb.

Milli.Az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən AzərTAc-a bildirilib ki, ənənəyə uyğun olaraq şəhərin ən hündür yolkası Bayraq Meydanında quraşdırılıb. Ümumiyyətlə, Sumqayıtın Yeni il libası şəhərin gecələrini daha da füsunkar edib. Ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafı, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının binası xüsusi işıqlandırma sistemi ilə bəzədilib. Sülh küçəsi boyunca Şaxta baba və Qar qız sakinlərə Yeni il müjdəsini çatdırırlar. Şəhərin girişində isə sakinləri və qonaqları 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının talismanları- Ceyran və Nar qarşılayır.

Sumqayıtlılar yola salmağa hazırlaşdıqları 2014-cü ildə bir sıra nailiyyətlərin şahidi olublar. Şəhərdə abadlıq və quruculuq işləri geniş vüsət alıb. Yeni nümunəvi məhəllələr salınıb. Artıq mərkəzi küçələrlə yanaşı, şəhərin Zeynalabdin Tağıyev və Corat qəsəbələrində də böyük abadlıq işləri aparılır, mikrorayonların siması dəyişir. Başa çatmaqda olan ilin yadda qalan hadisələri sırasında Sumqayıta şəhər statusunun verilməsinin 65 illiyinin təntənə ilə qeyd edilməsini göstərmək olar.

Bir sözlə, sumqayıtlılar 2014-cü ili böyük uğurlarla yola salıb, 2015-ci ili yeni arzularla qarşılayırlar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Foto: AzərTAc

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.