Cəmiyyət

Çay yataqları zibilxanaya dönüb - VİDEO

18 Dekabr 2014 13:50
0 Şərh     Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şimal regionundakı çaylarda məişət tullantılarının atılmasına daha çox əhalinin sıx olduğu yerlərdə rast gəlinir.

Milli.Az Regional TV-yə istinadən bildirir ki, xüsusilə rayon mərkəzlərində çay yatağının ərazisi zibilxanaları xatırladır. 5 saylı Xaçmaz Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin aparıcı məsləhətçisi Sabir Qurbanov bildirir ki, bu sahədə kifayət qədər maarifləndirmə tədbirləri aparılsa da, hələ ki, müsbət nəticə əldə olunmayıb. Məişət tullantılarının çaylara atılmasının qətiyyən yolverilməz olduğunu bildirən Sabir Qurbanov prosesin ekoloji fəlakətlərə yol açacağını qeyd edir. Zibillərin çaylara atılması sahibsiz ev heyvanlarının həmin ərazilərdə çoxalmasına şərait yaradır ki, bu da ayrıca problemdir. Xüsusilə bəzi çayların suyundan məişətdə və sahələrin suvarılmasıda istifadə olunması xəstəlikərin yayılma riskini artırır. Şimal regionunda 10-dan artıq çay var ki, onların da hamısı birbaşa Xəzər dənizinə tökülür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.