Cəmiyyət

Müharibə əlili və şəhid ailələrinə şad xəbər

27 Noyabr 2014 16:24
0 Şərh     Baxış: 1 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bu ilin yanvar ayının 1-dək növbədə olan 5 min 731 nəfər müharibə əlili və şəhid ailəsi 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək. Əlil və şəhid ailələri üçün artıq bölgələrdə fərdi evlərin inşasına başlanıb. İlkin mərhələdə ümumilikdə 52 rayonda 353 ədəd fərdi evin inşa edilərək həmin insanlara təqdim olunması nəzərdə tutulur.
Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində isə hazır mənzillərin bu kateqoriyadan olan şəxslərə alınıb verilməsi planlaşdırılır".

Milli.Az El TV-yə istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İmişlidə bu rayondan, eləcə də Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd və Füzulidən olan vətəndaşlarla keçirilən görüşdə məlumat verib. Səlim Müslümov yaxın vaxtlarda Tərtər, Beyləqan və Şamaxı rayonlarında olduğu kimi, İmişli rayonunda da çoxmənzilli yaşayış binasının istifadəyə veriləcəyini və bu rayonda mənzil növbəsində olan 54 müharibə əlili və şəhid ailəsinin həmin binada mənzillə təmin ediləcəyini bildirib.

Qəbul zamanı nazir müraciətlərdə əksini tapan məsələlərin obyektiv şəkildə araşdırılaraq qanunauyğun tədbirlər görülməsi, müraciət edən bir sıra müharibə əlillərinin minik avtomobilinə tibbi göstəriş almaq hüququnun müəyyən olunması üçün müvafiq müayinəyə cəlb edilməsi barədə tapşırıqlar verib. Ayrı-ayrı şəxslərin məşğulluq problemi yerindəcə həll olunub və onlar münasib iş yerlərinə göndərişlə təmin ediliblər. Nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.