Cəmiyyət

Bakıda evə görə yaşlı qadını küçələrə saldılar - VİDEO

24 Oktyabr 2014 13:26
1 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

3-otaqlı evi olduğunu bildirən qadın qonşuların onun evinə göz dikdiyini idda edir

"28 May" metrosunun çıxışının yanında daş üstə oturan, nimdaş əşyaları ətrafında bu zavallı nənəni görən onun halına açımaya bilməz. Əslən ukraynadan olan Larisa nənə artıq 4 aydır ki, Bakı küçələrinin soyuq daşlarının daimi sakininə çevrilib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, müəmmalı olan məsələ isə əslində, 81 yaşlı nənənin evinin olmasıdır. Bəli, Larisa Kavunun hətta evinin sənədləri də qaydasındadır. Larisa nənənin sözlərinə görə, onu səfil həyatına sürükləyənlər elə onun qapı qonşularıdır. Yaşlı nənə iddia edir ki, Xətai rayonu, Naximov küçəsi, ev 11, mənzil 523-də onun 3-otaqlı mənzilinə göz dikənlər az deyil. Elə həmin bu adamlar onu evini tərk edib getməsinə, küçələrdə gecələməyinə səbəb olublar. Ahıl qadın söyləyir ki, onu dəfələrlə hədələyiblər, hətta onu döyməyə belə cəhd edənlər olub ki, sən elə ölü kimisən, evinin olması nə gərəyinə. Bu səbəbdən o, küçələrdə gecələməyə, ondan-bundan yemək almaqla bu həyatda mövcudluğunu davam etdirməyə məcburdur.

"Mən küçədə qalmışam. Bu insanlar nə edirlərsə, onların etdikləri cəzasız qalır. Məni it kimi qovurlar, polis ora-bura qovur. Hamı mənə səfil, bomj deyir. Baxın, mən bomjam, ya yox" - deyə evsiz qadın Larisa Kavun qeyd edib.

Yaşlı qadının 2 oğlu var. Onun sözlərinə görə, hər iki oğlu Rusiyadadır. Birinin sağlamlığı pisdir. Bu səbəbdən onun köməyinə çatan yoxdur. Yaşlı qadının indi istəyi yalnız sahibi olduğu evinin özünə qaytarılması, qonşularının onu sakit buraxması və bu yaşında sakit yaşaya bilməsidir.

"Mən onları damımı dağıtdıqlarına görə, məni hədələdiklərinə görə çox şeyi bağışlamışdım. İndi mən onların cəzalarını almalarını istəyirəm", - deyə evsiz qadın Larisa Kavun bildirib.

Hər halda, ümüd edirik ki, bu ahıl qadının vəziyyətinə acıyan, ona köməklik edən olacaq və o, bu yaşında soyuq Bakı küçələrində deyil, öz isti evində gecələyək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.