Cəmiyyət

Bakının ən məşhur klublarından biri yerlə yeksan edilir - FOTO

24 Oktyabr 2014 01:30
3 Şərh     Baxış: 8 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda gecə həyatının vurğunları üçün bəd xəbərimiz var

Paytaxtın ən məşhur gecə klublarından olan "Həzz Klub" yerlə bir edilir. Milli.Az xəbər verir ki, bir zamanlar Bakıda gecə həyatını sevənlərin daha çox toplaşdığı məkandan artıq quru sütunlar qalıb.

Vaxtilə burada bir çox səs-küylü ziyafətlər təşkil edib, dünyanın məşhur qrupları və müğənniləri, o cümlədən DJ-lər burada konsertlər veriblər.

Qeyd edək ki, bir neçə il bundan öncə fəaliyyətə başlayan klub, keçmiş "Sevil" kinoteatrının yerində tikilmişdi.

Məşhur klubun sökülməsi ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən bildirdilər ki, həmin yeri başqa bir şəxs alıb.

""Həzz" klubun ərazisini başqa bir adam alıb. İndi həmin şəxs klubu sökdürərək yerində başqa bir şey yaradacaq".

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.