Cəmiyyət

"Audi"nin reklam fırıldağı

20 Oktyabr 2014 19:35
2 Şərh     Baxış: 2 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın reklam bazarında araşdırmalar aparılır

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı "Audi" markalı avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
 

Belə ki, həmin reklamlarda "Audi" markasının digər avtomobil markalarından üstünlüyü fikrini yaradan "Audi hər zaman öndə", "Audi Q7 liderlik üçün yaradılıb", "Audi Q3 seqmentinin yeni etalonu" məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub.
 

Bununla əlaqədar "Audi" avtomobillərinin satışını həyata keçirən "Europen Cars" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
 

Araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.