"Sovetski"nin köçürülməsi məsələsi gündəmə gələndə bu ideyanı ikiəlli dəstəkləyənlər, ona haqq qazandıranlar da vardı. Arqumentləri də belə idi: "Bu evlər çox köhnədir, antisanitariya baş alıb gedir. Şəhərin ümumi görkəminə xələl gətirir. Sökülməsi daha yaxşı olar".
Və "Sovetski"ni köçürməyə başladılar. Bu proses hələ bitməyib. İndi "Sovetski"dəki vəziyyət əvvəlkindən də betərdir. Qazılıb dağılmış yollar, uçurulmuş evlər, plansız, kor-koranə aparılan söküntü işləri, tör-töküntü, sahibsiz-sakinsiz qalan dalanlar, küçələr, zibil qalaqları, yiyəsizlik... - çox cansıxıcı mənzərə var.
Amma təkcə bunlar da deyil. Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hazırda orada adamın canını sıxacaq daha ciddi məsələlər də var.
Saytın bu köhnə məhəlləyə baş çəkən əməkdaşları bildirirlər ki, "Sovetski"də kompensasiya ilə razılaşan sakinlərin köçürülməsi hələ də davam edir, bu yöndə iş aparılır. Kvadratmetri 1500 manata razılaşan və köçən sakinlərin bəzilərinin evi artıq tamamilə sökülüb. Boşalan evlərin bəzilərinin isə nədənsə qapı və pəncərələri çıxarılıb, bir divarı, yaxud dam örtüyü uçurulub.
"Sovetski"də elə küçə və dalanlar var ki, orada hazırda ümumiyyətlə heç kim yaşamır, buralar artıq tam sahibsizdir, xarabalığı xatırladır. Bu da bir çoxlarının işinə yarayıb. Belə ki, bu yarıuçuq evlər, boş, sahibsiz məhəllələr narkomanların, əyyaş və bomjların oylağına çevrilib. Bunu sakinləri köçən həmin məhəllələrdəki boş evlərə baş çəkəndə də görmək olar. Orada qalaq-qalaq boş içki şüşələri, narkomanların istifadə etdiyi şprisləri görmək mümkündür.
Bu vəziyyətdən evlərindən hələ də köçməyən sakinlər də narahatdır. Onlar deyirlər ki, gecələr küçəyə çıxmaqdan ehtiyat edirlər.
Sakinlərin digər narazılığı antisanitariya ilə bağlıdır. Çünki yaşayış olan evlərə bitişik evlər sökülür və ya boşaladlır. Boşaldılan evlərin kanalizasiya xətləri də dağıdılır. Bu isə məhəllələrdə biabırçı mənzərə yaradıb. 7-8 ailənin məskunlaşdığı ikimərtəbəli binalarda tək yaşayan ailələr də var. Necə deyərlər, onlar xarabalığın ortasında qalıblar.
Başqa bir təhlükə isə boş evlərdən zibilxana, zibil qutusu kimi istifadə olunmasıdır. Bu vəziyyət "Sovetski" küçələrində idbar vəziyyət yaradıb. Baş çatladan üfunətdən sakinlər də narazıdır. Zibilliyə çevrilən evlərə bitişik həyətlərdə yaşayan sakinlər buna etiraz etsələr də nəticəsi yoxdur. Kimin əlinə nə gəldi, boş həyətlərə atır.
Xatırladaq ki, "Sovetski"də 10 mindən artıq yaşayış evi var. Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal RİH nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamovun verdiyi son məlumata görə, artıq 2400 ailə müəyyən edilmiş şərtlərlə evlərinin söklüməsinə razılıq verib.
Bu 2400 evin hər biri "Sovetski"nin müxtəlif küçəsindədir. Söküntü işləri isə plansız şəkildə aparılır. Digər evlərin təhlükəsizliyi və yuxarıda qeyd etdiyimiz sonradan yarana biləcək problemlər nəzərə alınmır...
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
"Sovetski"nin təxmin edilməyən vahiməsi: "Gecələr küçəyə çıxmağa qorxuruq " - FOTO
19 Oktyabr 2014 18:16
0 Şərh
Baxış: 2 415
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Evdə qalın, kiçik ev işləri ilə məşğul olun
- Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - AÇIQLAMA
- Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
- Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO
- Saxta pullarla insanları aldatma halları artır - VİDEO
- İki övladı ilə birlikdə 14 gündür itkin düşən qadın niyə evdən qaçıb? - VİDEO
XƏBƏR LENTİ
- Rəisini kim əvəz edəcək?
- Paşinyan Xameneiyə başsağlığı verdi
- Rəisinin uçduğu helikopter “Bell 212” imiş
- Bu gün bu ərazilərdə qaz olmayacaq
- Polis mayoru qəfil vəfat etdi - FOTO
- Helikopterin qəzaya düşdüyü yerdə son vəziyyət - FOTOlar
- “AKINCI”nın helikopteri axtardığı GÖRÜNTÜLƏR canlı yayımlanıb
- İranda həlak olanların cəsədlərinin tanınması prosesinə başlanılıb
- Tehran Fond Birjası fəaliyyətini dayandırdı
- Üç bürcü üçün gözlənilməz dəyişikliklər gözləyir
- Helikopter qəzasında ölən Rəisinin DOSYEsi
- Növbədənkənar iclada prezidentin boş kreslosu - FOTO
- Rəisinin sosial şəbəkə hesabında diqqətçəkən paylaşım - FOTO
- Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - FOTO
- ABŞ Rusiyaya hücum üçün fürsət verdi - Şapps
- Şirvanda 9 yaşlı uşaq qızdırmadan ölüb
- Helikopterin qalıqları tapıldı: İranın prezidenti və XİN başçısı həlak olublar - YENİLƏNİB - VİDEO - FOTO
- Bakının bir sıra yollarında tıxac yaranıb
- İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı bəlli oldu
- Gəncədə oğurluq edən şəxslər saxlanıldı - FOTOlar
- Zurabişvili Makronu Gürcüstana dəvət edib
- Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
- Helikopter qəzasında həlak olanların birinin cəsədinin FOTOsu yayıldı
- Helikopter qəzasında həlak olanların adları açıqlandı - SİYAHI