Azərbaycanda nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması təklifi ilə məhkəməyə müraciət edə bilər. Bu, Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim edilmiş Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Әli Hüseynli Sosial siyasət komitəsi ilə birgə keçirilən iclasda bildirib.
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyib ki, layihəyə görə, nikaha girən şəxslər tibbi müayinədən keçirlər. Layihəyə əsasən, nikaha girən şəxslər dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz olaraq müayinədən keçəcəklər və bir-birinin səhhəti haqqında məlumat alacaqlar.
Nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçdikdən sonra arayış alırlar.
Müvafiq icra hakimiyyəti orqanlarının məsuliyyətli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Müayinənin nəticələri həkim sirridir.
Sosial siyasət komitəsinin üzvü Musa Quliyev təklif edib ki, nikaha daxil olmaq istəyənlər qeyd edilən xəstəliklərlə yanaşı, Hepatit C virusu üzrə də müayinə edilsinlər. Bununla yanaşı, tərəflər bir-birilərinin səhhətləri barədə məlumat almaq hüququna malik olmalıdırlar. Həkimlər onları bir-birilərinin səhhətlərinin vəziyyətindən məlumatlandırmalıdırlar.
Sosial siyasət komitəsinin üzvü Әhliman Әmiraslanov təklif edib ki, qanun layihəsində nikaha daxil olmaq istəyən şəxslərin müayinə olunacaqları xəstəliklərin adları "dəri-zöhrəvi xəstəliyi" kimi göstərilməsin. Həmin hissənin "cinsi yolla keçən xəstəliklər" kimi verilməsi daha düzgün olar.
Deputat Rəfael Cəbrayılov isə təklif edib ki, həmin xəstəlikləri müvafiq icra hakimiyyəti orqanı müəyyən etsin.
Milli.Az
Cəmiyyət
Milli Məclisdə cinsi yolla keçən xəstəliklərlə bağlı məsuliyyət məsələsi müzakirə olundu
16 Sentyabr 2014 14:26
0 Şərh
Baxış: 721
DİGƏR XƏBƏRLƏR
- Piştaxtadakı toyuqlar niyə fərqli qiymətə satılır? - VİDEO
- Şəhərin mərkəzində olan bina təhlükədə – Sakinlər NARAHATDIR - VİDEO
- Günün qoroskopu: bir sıra məqamlara aydınlıq gətirin
- "Kişilər yalnız dəfn olunanda qadın bilir ki, əri hara gedib" - VİDEO
- Bu şəxsin yerini deyənə 2000 manat veriləcək - VİDEO
- Bakıda oteldə zəhərlənərək ölən 26 yaşlı Kənanın GÖRÜNTÜSÜ - VİDEO
XƏBƏR LENTİ
- Türkiyə ordusu daha 17 terrorçunu məhv etdi
- Həmkarı Toliki biabır etdi: “Bizə yalvarırdı ki...”
- Paris Yolu: Yalnız Mariya Stadnik - YENİLƏNİB
- Rusiyada sərnişin avtobusunun çaya düşməsi nəticəsində ölənlərin sayı artdı - YENİLƏNİB - HADİSƏ ANI - VİDEO
- Preziden Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub
- Qadın nadir xəstəlik səbəbindən "vampir"ə çevrildi
- Ararat Mirzoyan: Ermənistanın diqqəti sülh müqaviləsi imzalamağa yönəlib
- Şuşada birinci yaşayış kompleksinin açılışında sakinlərlə görüş keçirilib
- Rozanın 25 mayda toyu olacaq? - VİDEO
- İsmail Kartal “Fənərbağça”dan gedir
- Mirzoyan: Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib
- Ötən gün "Avroviziya"da onlar da yada düşdü - VİDEO
- Prezident və birinci xanım Mamayı məscidinin açılışında iştirak ediblər
- Azərbaycan millisinin sabiq futbolçusuna cəza
- Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedə bilər - SİYAHI
- İlham Əliyev və Mehriban Əliyeva Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar
- Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər
- Azərbaycanda işsiz və işaxtaranlarla bağlı yeni qanun layihələri hazırlanacaq
- Azərbaycan, Ermənistan və Qazaxıstan XİN rəhbərləri arasında görüş keçirilir - FOTO
- Bu görüşlər sülh sazişinin hazırlanmasında mühüm mərhələdir - Ceyhub Bayramov
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Şirin su hamamının açılışında iştirak ediblər
- "Bir manat da borcum olmayıb" - VİDEO
- Ulu Öndərin amalları ilə bərqərar olan qüdrətli Azərbaycan tarixin ən güclü dövrünü yaşayır - Azər Qarayev
- Azərbaycan QHT-ləri ilk dəfə Afrikada ağacəkmə aksiyasında iştirak edib - FOTO