Bakı şəhərində xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün yaradılan komissiyalar avqustun 5-dən sentyabrın 10-dək fəaliyyət göstərəcək.
Trend Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytına istinadən xəbər verir ki, idarənin müdir əvəzi Elnur Əliyev "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 17 iyul 2013-cü il tarixli, 739 nömrəli əmrinin icrası barədə əmr verib.
Əmrə əsasən, xüsusi istedada malik uşaqların vaxtından əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin I siniflərinə qəbulunun həyata keçirilməsi məqsədilə idarənin ümumi sektoru 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin, habelə ümumtəhsil müəssisələrinin təqdimatlarının müvafiq sənədlərlə birlikdə iyulun 20-dən avqustun 20-dək (bazar və bayram günləri istisna olunmaqla) Bakı Şəhəri üzrə Təhsil İdarəsində elektron şəkildə qeydiyyata alınmasını, müsahibələrin aparılması qaydalarının və digər aidiyyəti məlumatların www.bakuedu.az saytında yerləşdirməsini təmin etməlidir.
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinə qəbulu ilə əlaqədar müsahibələrin aparılması məqsədilə müvafiq komissiyalar yaradılacaq. Komissiyalar 2014-cü il avqustun 5-dən sentyabrın 10-dək Nəsimi rayonu ərazisindəki 42 nömrəli tam orta məktəbdə fəaliyyət göstərəcək. BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli komissiyaların işinin normal təşkili və müsahibələrin obyektiv keçirilməsi işinə nəzarət edəcək.
Milli.Az
Cəmiyyət
Bakıda orta məktəbə vaxtından əvvəl qəbul olmaq istəyən uşaqlar üçün yeni xəbər
23 İyul 2014 12:39
1 Şərh
Baxış: 1 662
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Evdə qalın, kiçik ev işləri ilə məşğul olun
- Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - AÇIQLAMA
- Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
- Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO
- Saxta pullarla insanları aldatma halları artır - VİDEO
- İki övladı ilə birlikdə 14 gündür itkin düşən qadın niyə evdən qaçıb? - VİDEO
XƏBƏR LENTİ
- Pəncərədən yıxılıb xəsarətlər alan şəxs xilas olundu - VİDEO
- Qəzadan az öncə: Rəisi işarə edir və… - SON VİDEO
- Avropa çempionatına yollanacaq gimnastlarımız müəyyənləşib - FOTO
- İlham Əliyev Kamerun Prezidentini təbrik edib
- “Xəqani” bağı abadlaşdırmadan sonra belə olacaq - FOTOlar
- Çingiz Mustafayevin ailə qurduğu xanım bu işlə məşğuldur
- Rəisinin helikopteri buna görə qəzaya uğrayıb - İlkin ehtimal
- İranda milli matəm elan olundu - YENİLƏNİB
- Hüseyn Həsənovun başı dərddə - Məhkəməyə verildi
- Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
- Mərkəzi Bankda yeni təyinat
- İranın Azərbaycandakı səfirliyində bayraq endirildi - FOTO
- Rəisi öldü, Pakistanda matəm elan edildi
- Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
- Azərbaycan XİN və Ceyhun Bayramov İrana başsağlığı verib
- Murat Dikmen: “Xarakter sərgiləyə bilmədik”
- Kübra Əliyevanın səhhətində problem yarandı – VİDEO
- Bu gündən Cavanşir körpüsü bağlanır
- Vaşinqton səhvlərini anladı: Bakının önəmi daha da artır
- Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı - FOTO
- Ölən pilotların FOTOsu
- Cəsədlərinin Təbrizə göndərilməsinin görüntüləri - VİDEO
- Akıncı PUA-sı Van gölünə ay və ulduz "şəkili çəkib" - FOTO
- İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib