Cəmiyyət

Bu günün hava proqnozu

7 İyul 2014 00:05
0 Şərh     Baxış: 2 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat 

Milli.Az AzəTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 21-26° isti, gündüz 34-38° isti,
Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 50-60 faiz, gündüz 25-35 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27° isti, Türkan, Hövsan, Şıx, Sahildə 27-28° isti təşkil edəcək.


Naxçıvan Muxtar Respublikasında
havanın gündüz, əsasən, yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 17-22° isti, gündüz 32-37° isti olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Hava gündüz, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 11-16° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23° isti, gündüz 32-37° isti olacağı gözlənilir.
 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Hava gündüz əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 16-21° isti, gündüz 30-35° isti olacağı gözlənilir.


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
ehtimalı var.
Temperaturun gecə 20-25° isti, gündüz 34-39° isti olacağı gözlənilir.
 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın gün ərzində, əsasən, yağmursuz olacağı ehtimalı var.
Temperaturun gecə 20-24° isti, gündüz 30-35° isti,
dağlarda gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.