Cəmiyyət

Azərbaycanlı fotoqrafın xanımı: "İlk tanışlığımızda ona dil çıxardım" - FOTO

29 May 2014 11:39
5 Şərh     Baxış: 5 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Orxan Aslanovun adı çox adama tanışdır. O, bir çox tədbirlərin arzuolunan qonağıdır. Əl işləri çox məşhurdur və bəziəri hətta ciddi müzakirələrə səbəb olur. Artıq bir ildən artıqdır ki, Orxan ailə qurub.

Milli.Az xəbər verir ki,
Lady Day.Az-ın budəfəki qonağı Orxan Aslanovun həyat yoldaşı Günaydır. Cütlüyün peşələri də bir-birinə yaxındır. Orxan fotoqrafiya ilə məşğul olduğu halda, Günay rəsm çəkir.

Günayın müsahibəsini ixtisarla təqdim edirik:

- Tanışlığınız haqda danışın.


- Əlbəttə ki, mən Orxanı tanıyırdım, necə istedadlı və maraqlı insan olduğunu bilirdim. Onun işlərini görmüşdüm, həyatı haqqında eşitmişdim. Ağlıma da gəlməzdi ki, bizim yollarımız kəsişə bilər.

Mən rəssam Alyona Bandurinanın ustad dərsləri haqda eşitmişdim. Təsviri sənəti hər zaman sevdiyim üçün bununla maraqlandım. Kurslar Orxan Aslanovun studiyasında keçirilirdi. Oraya gedəndə diqqətimi kosmonavt rəsmi cəlb elədi. Fotosunu çəkdim ki, gələcək işlərim üçün ideya kimi istifadə edim. Fotonu çəkmək istəyəndə Orxan rəsmin qarşısından keçdi. Anladım ki, foto çəkmək alınmayacaq. O bilmirdi ki, mən foto çəkirəm. Mənim heyrətli baxışlarımı görəndə, mənə qəribə bir nəzər saldı.

Mən gedəndə bir qız da mənimlə çıxdı. O studiyadan şəhərə necə getmək gərəkdiyini bilmirdi. Bu zaman Orxan mənə səsləndi: "Eeey, sən maşınlasan?", mən heyrətləndim və başımı yellətdim, dayanacağa qədər yolu göstərməyi təklif elədim. Studiyadan çıxanda Orxan şüşənin arxasından mənə nəsə dedi, ancaq mən anlamadım və niyəsə ona dil göstərdim (gülür). İlk görüşümüz belə olub.

- Sonra nə baş verdi?

- O həmin günün fotosunu İnstagram-da yerləşdirdi. Rəfiqəmdən soruşmuşdu ki, mən sosial şəbəkədə varam, ya yox. Həmin gündən sonra Orxanı tamamilə unutmuşdum. Orxan mənə ilk dəfə Facebook-da yazanda təəccübləndim.

Məşhur fotoqrafın həyat yoldaşının müsahibəsinin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Foto: Ceyhun Ələkbərov

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.