Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli qardaşı Araz Kəsəmənlinin həbsi ilə bağlı sensasiyalı açıqlama verib. Milli.Az xəbər verir ki, Qafqazinfo-ya açıqlamasında Rəşad Kəsəmənli qardaşının haqsız yerə həbs olunduğunu bildirib: "Bütün faktlar əlimizdədir. Dostum, qardaşım Araz və məni toya getdiyimiz yerdə maşını saxladıb özlərini təqdim etmədən Arazı apardılar. Narkotikdən qardaşımın əl izi çıxmayıb, ömründə narkotikdan istifadə etməyib. Ekpertizanın rəyi var, Arazın qanı yoxlanılıb və narkotikdən istifadə etmədiyi təsdiqlənib. Nə ondan mal alan var, nə onun mal satdığı var. Ortada sübut yoxdur. Lakin Arazı "Külli miqdarda narkotika vasitəsini mənimsəmək" maddəsi ilə mühakimə edirlər".
Rəşad Kəsəmənli qardaşına prokurorun 10 il iş istəməsinə də münasibət bildirib: "Hakim əməliyyatın rəisindən soruşur ki, bunu narkotika alan və satan yerdə görmüsən, narkotikada əl izi var? İttihamçı cavab verir ki, görməmişəm. Axır hakim əsəbləşdi ki, bəs nə əsasla onu ittiham edirsiniz. Belə haqsızlıq olmaz. Əməliyyatın rəisi yalandan deyir ki, Araz həbs ediləndə maşında tək olub. Əməliyyat qrupunda olan digər üç nəfər deyir ki, maşında üç nəfər olublar. Bəs biz orada olmamışıqsa, sənədlərin içində necə bizim izahatımız var? Qardaşımı kimin həbs etdirmək istədiyini bilmirik, heç nədən xəbərimiz yoxdur. Bilsək, gedib tutub soruşaram ki, qeyrətin, evində anan, bacın, balan var? Adam belə haqsızlıq etməz. Xahiş edirəm, media nümayəndələri məhkəməyə gəlsin, sübutlara baxsınlar. Görəcəklər ki, hər şey bizim lehimizədir.
Məhkəmə prosesi aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində saat 12:30-da baş tutacaq".
Qeyd edək ki, Araz Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- 18 yaşlı Lamiyə yaşlı qonşu kişiyə qoşulub qaçdı - VİDEO - FOTO
- Bakıda lüks avtomobil yolda təhlükə saçdı - VİDEO
- "Cığır" romanı Türkiyə türkcəsində ikinci dəfə çap edildi
- Ərinə əsəbiləşən qadın küçənin ortasında SOYUNDU - VİDEO
- 12 yaşına qədər uşaqlar ön oturacaqda əyləşə bilərlər? - VİDEO
- Günün qoroskopu: asan gün deyil
XƏBƏR LENTİ
- Hindistanda dəhşətli istiyə görə onlarla uşaq huşunu itirdi - FOTOlar
- KOBİA nümayəndələri Vyetnamda əməkdaşlığa dair sənədlər imzalayıblar - FOTO
- Taksi sürücüləri imtahan verəcək - RƏSMİ
- "Sülh göyərçinləri" konserti keçiriləcək
- Odet Esembe Enqulu Milli Gimnastika Arenasında - FOTO
- Valideynlərin nəzərinə!
- Nadir Qafarzadə xanımı ilə - FOTO
- Finlandiya Prezidenti İlham Əliyevi təbrik edib
- Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
- Nazir Fariz Şirinova yüksək vəzifə verdi
- Ordumuzda silah və texnika yay mövsümündə istismar rejiminə keçirilir
- Müharibə veteranları üçün yeni güzəşt
- “Mənim üçün qız tapıb evlənmək “iki vur ikidir””
- Fərid Mehralızadə saxlanılıb? - DİN-dən açıqlama
- Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
- Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnaməyə dəyişiklik edilib
- 18 yaşlı Lamiyə yaşlı qonşu kişiyə qoşulub qaçdı - VİDEO - FOTO
- Ceyhun Bayramov Pakistan Senatının sədrini COP29-la bağlı məlumatlandırdı - FOTO
- "Pərviz deyib ki, Türkana söz atan qarşısında məni görəcək" - VİDEO
- Asif Şirəliyev Paris-2024-də hakimlik edəcək – SON DƏQİQƏ
- “Neftçi” Bojoviçə görə cərimələndi
- Tuba Ünsal xəstəxanaya yerləşdirildi - FOTO
- Birbank Biznes-dən fərdi sahibkarlar üçün mobil tətbiq ilə onlayn hesab açmaq imkanı
- İlham Əliyev media ilə bağlı qanunda dəyişiklik edib