Cəmiyyət

Bakıda deputat oğlu ilə bağlı qalmaqal böyüyür - FOTO

22 Aprel 2014 19:27
Baxış: 9 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məlum olduğu kimi Azərbaycan mediasında bir neçə gündür ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlunun paytaxtın Zığ-Hava limanı şossesində sürət yarışına çıxmağı ilə bağlı "virtualaz.org" xəbər saytının yaydığı xəbərlər müzakirə olunur.
 
Yayılan məlumatlarda 10 LZ 100 dövlət nömrə nişanlı avtomobilinin sahibi Məmmədov Aynar Elton oğlu iddia olunsa da, ancaq deputat Elton Məmmədov bu xəbərləri "böhtan" adlandırdı. O, hətta həmin avtomobillərin kimə məxsus olmasını da açıqlayıb. Deputat aznews.az-a deyib ki, sözügedən "10 LZ 100" dövlət nömrə nişanlı "Nissan Skyline GT-R35" markalı avtomobil paytaxtın Nəsimi rayon sakini Bağırov Zaur Mətləb oğluna məxsusdur.  E.Məmmədov Zaur Bağırovun Nəqliyyat Nazirliyi ilə heç bir əlaqəsi olmadığını da söyləyib.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, 10 LZ 100 dövlət nömrə nişanlı "Nissan Skyline GT-R35" markalı avtomobilin sahibi Bağırov Zaur Mətləb oğlu barədə qısa araşdırma aparılıb.
 
Məlum olub ki, Zaur Bağırov hazırda Nəqliyyat Nazirliyinin balansında olan "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətində (ASC) çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Z.Bağırov Elton Məmmədovun ailəvi yaxın tanışıdır.
 
Hətta Z.Bağırovun Aynar Məmmədovla müxtəlif məkanlarda bahalı avtomobillərdə və dəbdəbəli həyat tərzlərini əks etdirən birgə fotoları da var.
 
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.