Cəmiyyət

Azərbaycanda yeni bulvar salınır - FOTO

9 Aprel 2014 19:51
0 Şərh     Baxış: 2 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astarada əhalinin səmərəli istirahəti üçün bulvar salınır

Milli.Az salamnews-a istinadən xəbər verir ki, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Astarada tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Şəhər ərazisində 4 və 5 mərtəbəli yaşayış binalarının fasad hissələrində əsaslı təmir işləri görülür. Bu işlərin aparılması üçün 100-ə yaxın işçi qüvvəsi cəlb olunub. Dəniz kənarı ərazidə uzun illər su atında, bataqlıqda qalan torpaq qatı qurudularaq, bulvar və çimərlik salınır. Hazırda torpaq bərkitmə işləri aparılır. Ərazi tam hamarlanandan sonra, layihə əsasında tikinti işlərinə başlanılacaq.
 

Bulvarın bu il əhalinin istifadəsinə verilməsi nəzərdə tutulub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.