Cəmiyyət

Azərbaycanda 1 litr süd 100 manata satılır - VİDEO

9 Aprel 2014 19:10
0 Şərh     Baxış: 6 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Səhra gəmiləri" Abşeron, Beyləqan, Bərdə, Biləsuvar rayonları ilə yanaşı Şabran rayonu ərazisində də saxlanılır


Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Şabran rayonun Udulu kəndindəki, dəvələr rayon mərkəzinin 25-30 kilometrliyində - dəniz kənarında yerləşən kiçik bir dəvəçilik təsərrüfatında saxlanılır. "Səhra gəmiləri"ni rayona fermer Həsən Əliyev Abşerondan gətirib. O zaman heyvanların sayı 4 olub. Hazırda isə təsərrüfatda 8 dəvə saxlanılır.


Həsən Əliyevin sözlərinə görə , indiyədək bir dəfə, bayram günləri ərəfəsində dəvələrin biri kəsilib. Bu heyvanın əti qidalılığına görə mal ətindən zəngindir. "Səhra gəmiləri"nin əti ilə yanaşı, südü də bir çox xəstəliklərin dərmanı hesab edilir. Elə bu səbəbdəndir ki, dəvə südü əldə etmək üçün respublikanının müxtəlif bölgələrindən Udulu kəndinə üz tutanlar olur. Südün 1 litri isə 100 manata satılır.
 

Dəvələr sahibi yanında olmadan 15-16 km məsafə qət etdikdən sonra geriyə öz yerinə qayıtmağı bacarır. İlk baxışdan dəvələr xoş təssürat yaratmasa da, insana uyğulaşdıqca bu heyvanların mehriban olduğu üzə çıxır. Hətta Bəzi ərəb ölkələrində dəvələrin iştirak etdiyi müxtəlif gözəllik yarışlar da keçirilir. Yarışlarda uzun ayaqlara, badamı gözlərə və dolğun bədənə malik olan dəvələr mükafatlandırılır.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.