Cəmiyyət

Martda Azərbaycanda 31 mina aşkar edilib

9 Aprel 2014 18:36
1 Şərh     Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ilin mart ayı ərzində əməliyyatlar zamanı 589 PHS, 29 ədəd tank və 2 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, mart ayında 2 milyon 315 min 700 kvadratmetr ərazi yoxlanıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
 

Hazırda əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
 

İndiyədək cəmi 252 milyon 725 min 499 kvadratmetr ərazi təmizlənib, 689 min 672 mina və PHS tapılaraq zərərsizləşdirilib.
 

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Qəbələ, Xocavənd, Lənkaran, Tərtər, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
 

Mart ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.