Cəmiyyət

Allahşükür Paşazadə Rusiyaya gedir

9 Aprel 2014 17:56
Baxış: 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 10-da Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasına yola düşür.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd Şimali Qafqaz müsəlmanlarının Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin anadan olmasının 60-cı ildönümünə həsr olunmuş yubiley tədbirlərində iştirak etməkdir.

Səfər çərçivəsində Qaraçay-Çərkəzin paytaxtında QMİ sədri Şeyxülislam A.Paşazadənin sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının növbəti toplantısı keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.