Cəmiyyət

Mərkəzi Nəbatat Bağı başqa adama tapşırıldı

9 Aprel 2014 17:15
0 Şərh     Baxış: 2 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinin icrası Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Validə Əlizadəyə həvalə edilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, Nəbatat Bağının bundan əvvəlki direktoru Oruc İbadov vəzifəsindən azad edilib.

V.Əlizadə hazırda həm də Botanika İnstitunun direktorudur.

Rəyasət Heyətinin növbəti qərarları ilə AMEA-nın 19 institut və təşkilatının direktorlarının təyinatları təsdiq olunub.

RH-nin digər qərarı ilə AMEA-nın bir sıra alimləri adlı mükafatlara layiq görülüblər. Bildirilib ki, mükafatların təsis olunmasında məqsəd elmin inkişafında mühüm nailiyyətlər əldə edən alimləri daha yüksək səviyyəli tədqiqatlara həvəsləndirmək və Azərbaycanın görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.